16:56 Müğənninin anası: “Ayseli yaxşı oğlanlar istəyir”  |     10:25 "Port Music Fest"in açılışında Dilarə Kazımova rüzgarı  |     21:46 "Bu, vətəndaş nikahlarının sayını artıracaq"  |     12:45 Səidə Sultan: Bununla bağlı planlar qurmuram  |     12:41 Efirdə aktrisa ilə qonaq arasında QALMAQAL - İşə polis qarışdı  |     16:49 Bloger Aysel Şükür 3-cü dəfə ailə qurur - “Hə dedim”  |     16:48 Çinarə Əliyeva xəstəxanadan evə buraxıldı  |     19:14 Nicat yeni doğulan qızı ilə - FOTOLAR  |     19:12 Aygün Kazımovanın 1835 manatlıq dəsti  |     19:11 "İlhamə Quliyevanın verdiyi brilyant boyunbağı saxta çıxdı"  |     17:20 Məşhur aparıcının övladının ölüm səbəbi BİLİNDİ  |     13:51 Çinarə Əliyevanın doğulan körpəsi vəfat etdi  |     19:45 Hansı əsrdə yaşayırıq ki, oğluma qız tapım? - Əməkdar artist  |     14:37 “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib”  |     14:07 40 dərəcə temperaturla səhnəyə çıxdı  |     14:03 Flora Kərimova məhkəməni uddu  |     14:02 "Aşk-ı Memnu"dakı rolu ilə sevilən məşhur aktrisa vəfat etdi  |     09:57 Lavanda tarlalarında - FOTOSESSİYA  |     22:08 “Mən olan yer səhnədir!” - DİVADAN GECƏ SÜRPRİZİ  |     19:58 Nigar Şabanova meyxanaçıları tənqid etdi  |    

Ruhi Əliyeva ÇAĞIRIŞ ETDİ: "Düşünsəkmi bəlkə?"

3.07.2021 - 435 - Sosial

Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva ətraf mühitin təmizliyinə riayət etməyən, istirahət mərkəzlərində, bölgələrdə, müxtəlif məkanlarda natəmizlik yaradan şəxslərə müraciət edib.

SHOWXEBER.AZ  xəbər verir ki, iş xanımı bir neçə gün əvvəl üz tutduğu dəniz kənarında müşahidə etdiklərini qələmə alıb və şəxsi sosial şəbəkələri vasitəsi ilə çağırış edib: 

"Yenə yay, yenə istirahət mövsümü, yenə də tullantılar mövzusu... Hər birimiz bir fərd olaraq düşünsəkmi bəlkə? 

Bir neçə gün əvvəl dəniz sahilində dincələrkən gördüklərim və hamımızın şahidi olduğumuz acınacaqlı mənzərə, sarsıtdı məni. Quma, torpaq qatına toxunduqca altdan butulkalar, şüşə qırıqları, sellofan torbalar, tibbi maskalar və daha nələr-nələr çıxırdı... 

Təəssüf ki, belə mənzərə təkcə sahil boyu ərazilərdə deyil, dincəldiyimiz hər guşədə, çay kənarlarında, dağ çaylarının hövzələrində bizləri "qarşılayır". Düzdür, bunu hamımız görürük, bilirik, hətta qınayırıq da. Gəlin, bir an fikirləşək, bəs niyə bitmir bu tullantılar? Bu qədər təbliğat aparılır, bu qədər yazılır, bu qədər qınanılır, nəhayət bu qədər təmizlənir... 

Maraqlısı da odur ki, soruşsaq, hər kəs "mən atmıram" deyəcək. Onda bəs haradandır bu utandırıcı mənzərə? 

Bu haqda davamlı olaraq danışılır, yazılır, təbliğat aparılır, örnək üçün təmizlik aksiyaları keçirilir. Amma yenə də  tullantıların hara gəldi atılması davam edir. 

Təsəvvür edin, eyni ərazilər dəfələrlə tullantılardan təmizlənib, lakin zibil azalmır ki, azalmır. Dincəldiyimiz məkanları, əraziləri görəsən niyə bu günə qoyuruq? Nə vaxta qədər belə yanaşma olacaq? Yəqin ki, yanaşmamızı dəyişənədək... 

Bu münasibətimizi dəyişmədikcə istirahət etdiyimiz ərazilər, ayağımızın dəydiyi hər yerdə ürəkaçmayan mənzərənin, tullantıların şahidi olacağıq. 

Hər birimiz məsuliyyət daşıyırıq. Bunun üçün hər kəs özündən başlamalıdır. Bunu təkcə bir qurumun işi və vəzifəsi hesab etməyək, hamılıqla məsələnin ciddiliyini başa düşək. Hər birimiz bu barədə düşünsəkmi bəlkə? 

Dincəlmək, istirahət etmək üçün üz tutduğumuz bölgələr, məkanlar, istirahət mərkəzlərində hamılıqla təmizliyə riayət etsək, istifadə etdiyimiz və sonradan tullantıya çevrilən zibilləri, lazımsız əşyaları zibil qutusuna atsaq bütün mənzərəmizi də dəyişməyə müvəffəq olacağıq. Gəlin əl-ələ verək, ətraf mühitimizi qoruyaq. Axı bu məkanlardan gələcək nəsillər, öz övladlarımız da istifadə edəcək. Balalarımıza təmiz mühit ərməğan edək".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti