19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Cangüdəni Ceksonla bağlı uşaq istismarı iddialarına son qoydu

7.07.2021 - 321 - Maqazin

Son bir neçə ildir mərhum pop ulduz Maykl Ceksonun adı uşaq istismarı iddialarında hallanır. Hətta ona məxsus evdə bunun üçün ayrıca otağın olduğu da bildirilib. 

SHOWXEBER.AZ  xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə yayımlanan müğənninin həyatı ilə bağlı sənədli filmdə uşaqlara təcavüz etməsi haqda iddialar uzun müddət gündəmdən düşməyib.

Eyni zamanda Maykl Cekson sözügedən məsələ ilə əlaqədar 2005-ci ildə mühakimə edilsə də, günahsız olduğu sübuta yetirilib. İndi isə müğənninin keçmiş cangüdəni Matt Fiddes mövzu ilə bağlı sükutunu pozub.

"Ceksonun uşaq otağı hazırlaması yalandır. Evi alanda otaq zatən orada idi. Ev milyaderdən satın alınıb, həmin otaq da ona məxsus idi" deyə, o, bildirib.

Hər kəsin otağa girişi olduğunu vurğulayan cangüdən "Dəfələrlə Ceksonun pərəstişkarları evinin yaxınlığına paraşütlə enirdi və ardından təhlükəsizlik siqnalları çalırdı. Bu zaman işçilər ondan həmin otağa keçməyi xahiş edirdilər.

 Yəni gizli bir otaq deyil, insanlar cəfəngiyat danışırlar" deyə, mərhum müğənnini müdafiə edib.
O bildirib ki, mövzunu hazırlayanlar bu iddianın məhkəmə tərəfindən Maykl Ceksonun günahsız olduğunun sübuta yetirilməsi detalını unudurlar. O, bunu yalnız izləyicilərin başqa bir kanala keçməməsi üçün edilən bir şou olduğunu deyib./axsam.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti