8.07.2021 - 338 - Mədəniyyət
Amerikalı rejissor və aktyor Robert Dauni-böyük 85 yaşında vəfat edib.
SHOWXEBER.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Robert Dauni-böyük Parkinson sindromundan əziyyət çəkirdi. O, Nyu-Yorkda evdə dünyasını dəyişib.
Qeyd edək ki, rejissorun ilk reytinqli işi “Patni Svoup”, daha sonra isə “Qriser sarayı” olub.
Həmçinin aktyor "Maqnoliya", "Yaşamaq və ölmək Los-Ancelesdə" filmlərində də rol alıb.