11.07.2021 - 193 - İdman
Amerika kubokunun qalibi müəyyənləşib.
SHOWXEBER.AZ xəbər verir ki, final oyununda turnirin ev sahibi Braziliya və Argentina yığmaları qarşılaşıb.
Matç Argentinanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 22-ci dəqiqədə Anxel di Mariya vurub.
Bununla da Argentina 28 ildən sonra yenidən turnirin kubokunu qazanıb. Bu, yığmanın tarixində 15-ci Amerika kuboku olub.