19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Rəqsanə iki dəfə övladını itirdiyini etiraf etdi

12.07.2021 - 267 - Maqazin

"Yaşadıqlarım bir dərsdir, onları unutmaq olmaz. Təcrübəsiz vaxtı, yaşımız az olub etmişik. O qədər tanınmırdım. Reytinq xatirinə edirdik ki, bizi hər yerdə göstərsinlər. Bir adam yox idi çıxıb desin, bu olmaz".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova "ATV maqazin onlarla" proqramında deyib. "33 sual" rubrikasının qonağı olan sənətçi ailə həyatından danışıb:

"Həyat yoldaşımla 2012-ci ildə tanış olub, 2014-cü ildə ailə qurmuşuq. 3 ay onunla restoranda oturub çay içib, hərəmiz öz evimizdə getmişik. Ona dedim ki, əlimə mikrofon alanda 10 min qazanıram, ətrafımda çörək verdiyim adamlar var. Pula görə kimləsə münasibət quran deyiləm. İstəyirəm ailəm olsun. Həm qiptə oluna biləcək müğənni, həm də qadınam. Mən təqvimlə toy idarəe dirəm. Azərbaycandan axışıb gələnlər mənim idarə etdiyim toylarda ola bilməz.

Ailə büdcəsi mənim əlimdədir. Amma yoldaşım mənim qazancıma əl vurmur. Mənə maşın alıb, amma heç vaxt avtomobilimdə oturmayıb. Deyir, mən kişiyəm, qadın maşınında oturmaram".

Rəqsanə iki dəfə övladını itirdiyini etiraf edib:

"İndi 4 övladım var. Müğənni olmasaydım çox uşaq dünyaya gətirərdim. Qara qızlar, qara oğlanları düzərdim. Yoldaşım deyir iki qızımız da olsun. Bir neçə il əvvəl 6 aylıq övladımı itirdim. Çox pis günlər yaşadım. Xəstəxanaya hamilə girdim, çıxanda uşağım yox idi. İki dəfə övlad itirməyi ağır yaşadım. Bizim ailədə böyük faciə yaşandı. İndiyənə qədər də yoldaşımla həmin yaramızı sağalda bilmirik. Bəlkə etdiyimiz yaxşılıqlara görə, sonra istədiyimizi bizə verdi. Amma elə bilirəm ki, qoyduğum övladım hələ də xəstəxanada yaşayır".

Qeyd edək ki, bir müddət əvvəl Rəqsanənin övladını itirdiyi xəbəri yayılmışdı. Sənətçi isə bunu inkar etmişdi.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti