14.07.2021 - 195 - İdman
SHOWXEBER.AZ xəbər verir ki, keçmiş UFC döyüşçüsü Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun onun karyerasını necə bitirməsi ilə bağlı düşüncələrini açıqlayıb.
“Atam karyeramda 30 qələbə qazanmağımı istəyərdi? Tam olaraq belə deyil: o deyirdi ki, 30:0 göstəricisinə nail olmaq pis olmazdı. O, mənim Toni Ferqyuson və Corc Sen-Pyerlə döyüş keçirməyimi istəyərdi”
Xatırladaq ki, Həbib Nurməhəmmədov karyerasında 29 qələbə qazanıb. //Oxu.az.