26.07.2021 - 131 - İdman
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
SHOWXEBER.AZ-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/8 final mərhələsində Tacikistan təmsilçisi Somon Makhmadbekovla qarşılaşıb.
Rəqibinə vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib.