26.07.2021 - 163 - İdman
Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
SHOWXEBER.AZ xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/4 final mərhələsində yaponiyalı Şohei Ono ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, Rüstəm Orucov 2016-cı il Rio Yay Olimpiya Oyunlarında da Onoya məğlub olmuşdu.