14:19 Tünzalə Ağayeva ABŞ-də...  |     14:17 Aysunla Sərxan BARIŞDI  |     14:14 Sərxan Asif Kərimovdan üzr istədi  |     14:12 Şəbnəmdən sərt sözlər: “Mənim adımı çəkməyin!”  |     14:10 76 yaşlı Jerar Depardyenin cəzası məlum oldu  |     13:59 "Bəsdirin, millətin qanını içdiniz" - Nura Suri  |     20:05 "Kişi efirdə belə davranmamalıdır"  |     20:01 "Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə  |     13:56 “Kurtlar Vadisi”nin aktrisasında xərçəng aşkarlandı  |     13:54 "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"  |     13:53 "Elza bacısının yolunu kəsir"  |     13:52 "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar“  |     13:51 Aygün Kazımovanın musiqi irsi yenidən doğulur  |     20:48 Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır  |     01:14 Tünzalə Ağayeva “ADA”da münsif oldu  |     01:09 Eyyub Yaqubov 60 illik yubileyini qeyd etdi  |     09:34 "Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"  |     09:33 "Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə  |     00:40 Tolik ata olub  |     09:37 "Bu mənim qızıl qanunumdur"  |    

Azərbaycan cüdoçusu mübarizəni dayandırdı

27.07.2021 - 734 - İdman

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

SHOWXEBER.AZ xəbər verir ki,  Olimpiadanın beşinci günü Azərbaycan yığmasının daha bir cüdoçusu Murad Fətiyev mübarizəyə qoşulub. Təəssüf ki, 81 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz də yarışla erkən vidalaşıb.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev 1/16 final mərhələsində yarışa start götürüb. 22 yaşlı cüdoçumuz Syerra-Leonedən olan Frederik Harrislə üz-üzə gəlməli idi. Lakin özündən 15 yaş böyük olan rəqibi çəki mərasimində iştirak etmədiyindən, Fətiyev Olimpiadada texniki qələbə ilə mərhələ adlayıb.

Onun 1/8 finaldakı rəqibi monqolustanlı Səid Mollayi olub. 2018-ci ildə Bakıda dünya çempionu tituluna yiyələnən İran əsilli cüdoçu həmyerlimizə heç bir şans verməyib.

 O, vazari ilə qalib gəldiyindən, Fətiyev Olimpiadada çıxışını dayandırıb.

Qeyd edək ki, Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunan Azərbaycan yığmasının heyətində bundan əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq) və Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vurublar./unikal.org


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti