14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |    

Evində partlayış olan Cavid: "Həkim 3 gün vaxt qoymuşdu"

1.08.2021 - 221 - Maqazin

"Yanıq ağrısı dözülməzdir. Elə bil qaynayan samovarı bağlayıblar bədəninə gəzirsən. Bədənimin 70 faizi yanmışdır. Üçüncü dərəcəli yanıq idi. Həkimlər, sağ olsun, sağaltdı. Həkim mənə vaxt qoymuşdu ki, 3 gün yaşayacaq".

Axşam.az xəbər verir ki, bu sözləri Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman "7 canlı" proqramında deyib.

 Bu ilin fevralında evində vanna otağında partlayış olan və bədəni yanan aktyor başına gələnlərdən danışıb:

"Partlayış olanda səhər çəkilişə hazırlaşırdım. Vanna otağına girəndə qaz partladı. Şükür ki, həmin saat uşaqlar yatmışdı. Qonaq otağının pəncərəsi yerindən çıxmışdı. O otaqda kim olsaydı, küçəyə düşmüşdü. Həmin an ağrı hiss etmirsən. 20 dəqiqə ağrımadım, uşaqları evdən çıxardım, vanna otağında yanğını söndürdüm. Sonra güclü ağrı başladı. Yeganə ağrımayan yerim ayaq barmağım idi. Anam yanımda dayanıb, qışqıra bilmirəm. Sonra təcili yardım gəldi və xəstəxanaya aparıldım. Həmin anımın fotoları var idi. Anam hamısını telefonumdan silib".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti