04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

"Damla şükürludür, elələri var himnin müəllifini tanımırlar, tək mahnı oxumaqla iş bitmir..."

12.08.2021 - 275 - Maqazin

“Sənət adamları intellektual deyilsə, neyləyək, vuraq öldürək? Əsas odur ki, normal oxusunlar.

 Aydın məsələdir ki, sənət adamından alimlik tələb etmək olmaz, onun işi oxumaqdır. Elələri var ki, nə oxuya bilir, nə də danışa bilir...
 
Bunu Moderator.az-a açıqlamasında teleaparıcı Rövşanə Ağasəfqızı deyib. Aparıcının sözlərinə görə hər bir insan dövlətimizin tarixi haqqında lazım olan şeyləri bilməlidir:
 
“Düşünürəm ki, orta məktəb bilgisinin olması hamıya vacibdir. Müğənni ücün əsas olan səsi ilə ruhumuzu oxşamaqdır, amma sənəti təmsil edən insan xalqımızın mədəniyyəti, tarixi barədə elementar məlumata malik olmalıdır.
 
Damlanın bir alim adı çəkə bilməməsinə nə deyə bilərəm ki, adam bilmir də. Hesab edirəm ki, çox şeyi bilməmək olar. Amma Lütfizadə, Zərifə Əliyeva,Topçubaşov, Yusif Məmmədəliyevin adını hamı bilməlidir. Bu şükürludür, elələri var himnin müəlliflərini tanımırlar. Hesab edirəm ki, dövlətin atributları haqqında  bilməmək ayıbdır. Bu gün Azərbaycan adını doğru-düzgün tələffüz eləyə bilməyənlərə görə dəhşətə gəlirəm. Hamı, o cümlədən sənət adamları da  kitab oxumalıdırlar, öz üzərlərində işləməlidirlər.

Tək mahnı oxumaqla iş bitmir. Şəxsiyət yalnız oxumaqla formalaşır. Sənətkar hamıya deyirlər, pinəçi də, dərzi də sənətkardır. Amma bir də var ki, baş qatmaqla məşğuldur...Bu insanlar təəssüf ki, bu gün “meydan sulayırlar".
 
 
Vasif Əlihüseyn


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti