19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Bir vaxtların “Primadonna”sı - 80 ildən çox yaşayacağını DEYİRDİ...

17.08.2021 - 278 - Maqazin

Bu gün mərhum müğənni, Azərbaycanın xalq artisti İlhamə Quliyevanın doğum günüdür.
 
Xalq artisti yaşasaydı, bu il 78 yaşını qeyd edəcəkdi.
 
Modern.az xəbər verir ki, İlhamə Quliyeva 1943-cü ilin 17 avqustunda Lənkəran şəhərində müğənni Tükəzban İsmayılova və Məzahir Quliyevin ailəsində dünyaya göz açıb.
 
1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-cı illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-cı ildən sonra isə Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub.
 
Bir sıra xarici ölkələrə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrol səfərlərinə gedib.


İlhamə Quliyevanın ailə həyatının ömrü uzun olmayıb. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşı Faiq Mirmöhsünovun soyadını daşıyıb. Lakin müğənni çox keçmədən bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
 



Evliliyi zamanı övladı olmayan İ. Quliyeva xalasının nəvəsi Orxan Nadirovu oğulluğa götürüb.


Xalq artisti daima mətbuata müsahibələrində 80 ildən çox yaşayacağını desə də, onun ömür yolu 72 yaşında bitib. Müğənni 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. Səhər saatlarında vəziyyəti qəfildən pisləşən İlhamə Quliyevanın evinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili gəlsə də, onun həyatını xilas edə bilməyiblər. Ölümündən bir gün sonra onu İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında dəfn ediblər.


Bir zamanlar oxuduğu mahnılar dillər əzbəri olan İlhamə Quliyeva özünü estradanın primadonası adlandırırdı. Özündən sonra səhnəyə gələn bir çox müğənnilər daima ona komplimentlər deyib, rəğbətini qazanmağa, Xalq artisti ilə dostluq mövqeyində olmağa, qəzəbinə tuş gəlməməyə çalışırdılar. Yalnız bir neçə müğənni və bir aktrisa cəsarət edib onunla “savaşa” bilmişdi.
 

 
Müğənnin vəfatından sonra vəziyyət tamamilə dəyişdi. Ünvanına xoş sözlər deyib, daima alqışlayan sənət adamları nəinki onun yas mərasimlərinə qatılmadılar, hətta adını belə tutmadılar.
 
Adı vaxtı ilə müxtəlif titullardan sonra deyilən İlhamə Quliyeva bu gün yalnız mahnılarına görə xatırlanır.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti