19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |     20:49 Eşqin Cəlilov azadlığa buraxıldı - EKSKLÜZİV  |     08:42 Ruhi Əliyeva "Şəms" mükafatı aldı  |     23:35 Eşqinin ifadəsi məlum oldu - “Barışmaq üçün getmişdim”  |     12:37 "Bu görüntülərin müzakirə olunacağını bilirdim" - Video+Fotolar  |     12:13 "20 ildir bu sahədəyəm, niyə fəxri adım yoxdur?"  |    

İbrahim Borçalı oğlunun ölümündən danışdı: "Getməyi bizi yandırdı" - VİDEO

17.08.2021 - 295 - Sosial

"Qızıl kimi övlad idi. Nə yaxşı ki, bu həyata gəlmişdi. Amma tez getməyi bizi yandırdı”.

SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı qəzada ölən oğlu ilə bağlı "BAKU.TV”yə danışarkən bildirib.


Övladı Rəhimi faciəvi şəkildə itirən sənətçi həmin vaxt onun pandemiya səbəbilə Gürcüstanda qalası olduğunu deyib:


"Pandemiya ilə əlaqədar yollar bağlandı. Gürcüstanda qalası oldu. Mən özüm dedim ki, get əmilərinin, anamın yanında qal. 4 ay yarım qaldı, gələnə yaxın isə bu bədbəxt hadisə oldu. Qonşu uşağın yanında maşında otur, rayona get, heç nədən oldu, Allahın işidir. Verən də, alan da Allahdır".


Müğənninin həyat yoldaşı isə oğlunun ölümünü belə xatırlayır:


"Bakıda olanda bilmədim rəhmətə getdiyini. Gürcüstana gələnə qədər dedilər komadadır. Bura gələndə artıq hər şeyi öyrəndim, onda da artıq gec idi. Bir ana üçün dünyada bundan betər faciə yoxdur. Atasından xahiş etdim ki, oğlumuz son nəfəsini harada tapşırdığını görmək istəyirəm. Getdim həmin yerə... Orada sınıq şüşə qırıqlarını yığdım. Həmişə and içəndə bacısının canına and içirdi. Onun üçün müqəddəs idi. Söz vermişəm ki, nə qədər gücüm var, Rəhimin istədiyi kimi bacısı xoşbəxt olsun".


Xatırladaq ki, sənətçinin övladı ötən il iyulda ağır yol qəzası zamanı vəfat edib. Türkiyədəki Aydın Adnan Menderes Universitetində "İqtisadiyyat və maliyyə” ixtisası üzrə təhsil alan Rəhimin 21 yaşı var idi./sfera.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti