13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Xalq artisti: "Kinoteatr və teatrların bağlı olması bizə psixoloji təsir etdi"

18.08.2021 - 301 - Mədəniyyət

"Aktyor da idmançı kimidir. Bir ay məşq etməsə hər şeyi unudur. Daxili plastikasını unudur".
“Artıq bir ildən artıqdır teatrlar və kinoteatrlar bağlıdır. Bu, bizə psixoloji cəhətdən çox pis təsir edib”.

SHOWXEBER.AZ xəbər verir k, bu sözləri  Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Naibə Allahverdiyeva teatrlarla və kinoteatr bağlı məhdudiyyətlərdən danışarkən deyib.

O bildirib ki, digər sahələrdə olduğu kimi bu sahədə də qadağalar aradan qaldırılmalıdır:

“Həqiqətən çox istəyirəm ki, bu sahədə də məhdudiyyətlər aradan götürülsün. Necə ki restoranların, şadlıq evlərinin fəaliyyətinə müəyyən say məhdudiyyəti ilə icazə verilir, o cümlədən də bunu teatrlara da tətbiq etmək olar. Müəyyən məsafə gözləməklə, maska ilə vətəndaşlar gəlib tamaşalara baxa bilərlər”.

N.Allahverdiyeva mədəniyyət və incəsənətin xalqın mənəvi qidası olduğunu söyləyib:

“Mədəniyyətimiz geri qalmamalı, inkişaf etməlidir. Bir şey dayanıbsa, ona yenidən başlamaq çox çətin olur. Görün, nə qədər tamaşalarımız var.

Onlar hamısı yenidən qurulmalıdır. Hamısı undulur. Aktyor da idmançı kimidir. Bir ay məşq etməsə hər şeyi unudur. Daxili plastikasını unudur. Çox istəyirəm ki, teatrlar açılsın. Bunun həsrətindəyəm. Mən bu sənətsiz yaşaya bilmirəm”. ölkə.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti