09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Bacımı həkimlər öldürdü" – XALQ ARTİSTİNDƏN İTTİHAM

25.08.2021 - 278 - Maqazin

Xalq artisti Zümrüd Məmmədovanın bacısı Arzu Məmmədova koronovirus infeksiyasından vəfat edib. 

SHOWXEBER.AZ xəbər verir ki, bu barədə açıqlama verən xanəndə bacısının ölümündə həkimləri günahlandırıb.


O bildirib ki, təcili yardım çağırsalar da, gec gəlib və bacısı vəfat edib: 


"Bacım istirahətdə idi, öskürürdü. Ciyərlərində problem yarandı, koronavirusa yoluxduğunu öyrəndik. Bir dəfə təcili yardım gəldi, heç nə etmədən pul alıb getdi.


Bunlar necə müalicə aparır? Səhhəti pisləşmişdi, xəstəxana ilə danışdıq ki, aparaq yerləşdirək.


Dedilər, təcili yardım gətirməlidir xəstəxanaya. Təcili yardıma dəfələrlə zəng etdik, "gəlirik" deyib, gəlmədilər. Bacım onların günahı ucbatından vəfat etdi. Mənim bacımı onlar öldürdü. Nəfəs ala bilmirdi, sudurqa keçirdi və vəfat etdi.


TƏBİB, səhiyyə işçiləri hara baxır? Yasamal rayonu ərazisində təcili yardım işləmir.


Özümü bağışlaya bilmirəm ki, kaş mən koronovirusdan qorxmayaydım, bacımı özüm maşınıma qoyub aparardım xəstəxanaya. Ölüm qalıb kənarda, ağlamağım yadımdan çıxıb. Bacım səhlənkarlığın qurbanı oldu. Qəsdən gec gəldilər ki, koronovirus xəstəsi vəfat etsin. Dəfələrlə zəng edib yalvardım ki, bacım nəfəs ala bilmir, tez gəlin. Bu cür səhiyyə işçilərinə ar olsun". 


Xalq artisti bacısının allergiyası və sudurqası olduğu halda vaksin vurduqlarını söyləyib: 
"Arzunun sudurqası var idi. Buna baxmadılar, vaksin vuruldu. Bacım gözümün qabağında sudurqa keçirdi və dünyasını dəyişdi. 50 yaşı var idi, iki körpə balası qaldı. Bacım Arzu illərdir AzTV-də rejissor kimi çalışır". 


Zümrüd Məmmədova kürəkəninin də hazırda koronavirusa yoluxduğunu deyib: 


"Arzunun həyat yoldaşı da hazırda xəstəxanadadır. O da virusa yoluxub". (axşam.az)


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti