09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

Şəbnəm Tovuzlu ünvanına təhqir yazan izləyicilərini polislə tapdırdıb ÜZR İSTƏTDİRDİ

27.08.2021 - 295 - Maqazin

Müğənni Şəbnəm Tovuzlu ötən gün paylaşdığı fotosu müzakirələrə səbəb olub. 

Axşam.az xəbər verir ki, qara qısa tayt və top geyinən sənətçiyə izləyiciləri təhqirlər yazıb. Şəbnəm də bir neçə şərhi cavabsız qoymayıb. O, söyüşə söyüşlə cavab verib. 

Şəbnəm Axşam.az-a açıqlamasında geyim tərzinin təhqir edilməsinə reaksiya verib:

"Mənim təhqir ediləcək nəyim var? Qəbələdə ailəmlə birlikdə bağ evi kirayələyib dincəlirik. Küçədə qızların geyindiklərini, mən həyətimdə geyinmişəm.
Burada eyib nə var? İdman zalına gedib bu cür geyinirlər. Onda demirlər, ayağını belə araladı, nə etdi? Son vaxtlar 8 kiloqram arıqlamışam. Elə də kök deyiləm. Kimi narahat edir? Ayağımı qaldırıb haramısa göstərmirəm, eyib hərəkətim yoxdur. Müğənniyəm, hər cür də şəkil paylaşmalıyam. Düz edib, cavab verirəm. Təhqir olunası heç nə etmirəm".

Müğənni bildirib ki, ünvanına söyüş yazan izləyicisini polisə şikayət edib: 

"Ruisiyada bir qadın təhqir yazırdı. Artıq tək mənim səhifəmə yox, haqımda harda nəsə olurdusa, ora da söyüşlər yazırdı. Mən də polisə şikayət etdim, tapdılar gətirdilər. Xanım azərbaycanlı idi, Masallı bölgəsindən. Rusiyada yaşayırdı. Ailəsi ilə birlikdə gətirdilər, üzr istədi. Söyməkdə məqsədin nədir? Videosunu da çəkdim, amma yaymadım. Bir müddət əvvəl də bir oğlanı polisə şikayət etdim, Lənkərandan idi. Polis tərəfindən Bakıya gətirildi, üzr istədi. Heç kimə heç nə etmirəm. Niyə girib məni təhqir edib, söyməlidirlər?".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti