09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

“Bacardığınız qədər tez peyvənd olunun!" - Əməkdar artistdən çağırış

31.08.2021 - 195 - Maqazin

"Bacardığınız qədər tez peyvənd olunun. İnternetdə yayılan miflərə, yalan məlumatlara inanmayın”. 

SHOWXEBER.AZ  bildirir ki, bunu Əməkdar artist Mehriban Xanlarova deyib. O qeyd edib ki, peyvənd virusa yoluxduqdan sonra, ağırlaşmanın qarşısını alan ən effektiv üsuldur:

"Dünyada inkişaf etmiş bütün ölkələrdə, əhalinin çox hissəsi peyvənd olunub. Cahil insanların psixologiyasına tabe olmayın.

Çip, sonsuzluq, zombi və sair kimi miflər ancaq geridə qalmış cəmiyyətlərdə yayılır. Onsuz da təcili yardım xidməti normal işləmir.

Xalq artisti Zümrüd Məmmədovanın bacısı koronavirusa yoluxmuşdu. Zümrüd xanım açıqlama verdi ki, təcili yardıma dəfələrlə zəng etsələr də, "gəlirik" deyib, gəlməyiblər. İndi təsəvvür edin ki, Xalq artistinin ailəsinə qarşı bu cür məsuliyyətsiz davranırlarsa, sıravi vətəndaşların probleminə necə yanaşırlar?!”.

Aktrisa öz ailəsindən də nümunə çəkib:

"Qardaşımın həyat yoldaşı koronavirusa yoluxmuşdu və peyvənd olunmadığı üçün çox ağır keçirərək dünyasını dəyişdi. Kim COVİD-19 virusunun olduğuna inanmırsa, xəstəxanalara gedib öz gözü ilə bu xəstəliyə yoluxanların hansı əziyyəti çəkdiklərini görə bilər.

Çox təəssüf ki, dövlət xəstəxanalarında pullu müalicələr mövcuddur, reanimasiya şöbələri dolur, ora gedənlərin hamısı effektiv müalicə ala bilmirlər. Ona görə özünüzü qoruyun və peyvənd olunun. Hansı peyvəndi vurdurmaq istəyirsinizsə, araşdırın və özünüz qərar verin"./sfera.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti