13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Cinsi azlıq nümayəndəsi bu dəfə Nigar İbrahimovanın salonunu dağıtdı - VİDEO

3.09.2021 - 312 - Sosial

Bir müddət əvvəl mağazaya hücum edərək polis və satıcını təhqir edən cinsi azlıq nümayəndəsi daha bir hadisə törədib.  


Sosial şəbəkələrdə Anna Tağıyeva kimi tanınan şəxs bu dəfə məşhur müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovaya məxsus "İN Studio” gözəllik mərkəzinə basqın edib.  

İ. İbrahimovanın yaydığı görüntülərdən məlum olur ki, sözügedən şəxs mərkəzin əşyalarını sındırır, işçi heyəti və müştəriləri təhqir edir. Onun hansı səbəbdən bu addımı atdığı məlum deyil.

"Qafqazinfo” məsələ ilə bağlı gözəllik mərkəzinin rəhbəri Nigar İbrahimova ilə əlaqə saxlayıb.  

İş xanımı qeyd edib  ki, həmin şəxs bir ay əvvəl mərkəzin lazer xidmətindən yararlanıb və yüksək səviyyədə yola salınıb.  Lakin o, bir ay sonra əsassız iddia ilə mərkəzi dağıtmağa başlayıb:

"Biz hər bir insana hörmətlə yanaşırıq və ayrı-seçkilik etmirik. O, bayırdan telefonla çəkərək salona daxil olub. Özünü idarə edə bilmir, sözlərini sonadək çatdırmırdı. İçəri girərək deyib ki, mənim sinəm səpib.  Axı ona sinə ilə əlaqədar bir prosedur olunmayıb. Qışqıraraq deyir ki, müdiriyyət gəlsin, bu obyekt bağlanacaq. Zatən hər şey videoda görünür. Daha sonra mərkəzə ziyan vurmağa başlayır. Güzgü qırılır, güldan atılır, dövlətin kassa aparatı insanların başına tullanılır. Müştərinin qarşısındakı fincanı götürüb yerə çırpır. Xidmət göstərən bir xanım sonunda qalxıb deyir ki, insanların niyə şərəf-ləyaqətini alçaldırsız? Fiziki cəhətdən qollu-budaqlı insandır. Heç kəsin də gücü çatmır ki, bayıra çıxarsın. Salonda ziyalı xanımlar olub, hadisə vaxtı görüblər ki, video da çəkilir, kənara çəkiliblər. Kiminsə ailəsi, övladı var”. 

N. İbrahimova anında polis şöbəsinə müraciət etdiyini vurğulayıb: "Mən obyektdən kənarda idim, ailə üzvüm, anam koronavirusa yoluxmuşdu. Onunla müalicədəydim. "102”yə şikayət etdim, daha sonra ərazidə olan 21-ci polis şöbəsi ilə əlaqə saxladım. Bütün əşyaları sındırırdı, bunların qarşısı alınmalı idi. Təkrar-təkrar müraciət etdim ki, orada bir nəfər yaralanmamış hadisə yerinə polis cəlb olunsun. Bəlkə də, 5 nəfərin şərəf-ləyaqətini alçaldıb. Polis izahat üçün aparıb, iki saatlıq sorğu-sualdan sonra buraxılıb. Daha iki tanınmış salona yığıb ki, gəlib oranı da dağıdacam. Onlar oyaq olub, qarşısı alınıb.  


21 ildir xalqa xidmət edən salonuq. Sən kimsən ki, obyekti bağlatdırırsan? Dövlət, qanunlar var. Biz bilmirdik ki, silsilə şəkildə belə addımlar atır.  Sonradan görmüşəm ki, mağazaya da hücum çəkib, işçiləri təhqir edib.  Çox yaxşı, cəmiyyətdə layiqli şəkildə özlərini idarə edən cinsi azlıq nümayəndələri var. Bu şəxsin isə problemləri var, normal biri deyil. Cəmiyyətə yararsız biri kimi özünü göstərir”. 

Tanınmış makiyaj ustası gözəllik mərkəzinə beş min manatdan çox maddi ziyan dəydiyini açıqlayıb:

"2400 manatlıq güzgüm, 2600 manata olan saç aparatım, hər biri 350 manata olan güldanlarım sındırılıb, min manatlıq gülüm qırılıb. Beş mindən artıq mənə ziyan dəyib.  Başqa insanlara zərər dəyilməməsi üçün təcili tədbir görülməsini xahiş edirəm. İnanıram ki, tezliklə tədbir görüləcək”. 

Qeyd edək ki, A. Tağıyeva adlı şəxsin dəfələrlə bu cür hücumları barədə sosial şəbəkələrdə videoları yayılır. O, sonuncu dəfə geyim mağazasına girərək  qiymət bahalığından şikayətlənmiş, satıcı və polis mayorunu təhqir etmiş, işçilərə fiziki təzyiq göstərmişdi. 







Showxeber Bizi instagramda izləyin



Xəbər xətti