09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Həkim razılaşmır: “Brilliant xanımın məsləhəti yanlışdır”

8.09.2021 - 274 - Sosial

Xalq artisti Brilliant Dadaşova ailə üzvləri ilə birgə koronavirusa yoluxub. Bu barədə müğənninin özü açıqlama verib və sağaldığını söyləyib. Sənətçi həmçinin ona resept yazan həkimdən söz açıb. Ciddi dərmanlardan imtina etdiyini,  xəstəxanaya getmədiyini bildirib. İzləyicilərinə  vərəq-vərəq resept yazan həkimlərdən uzaq olmalarını məsləhət görüb.

Mözvu haqda “Sherg.az”a danışan tibb və fəlsəfə elmləri doktoru,  həkim Şəmsiyyə Namazlı deyib ki, həkimlər protokol qaydalarına əsasən müalicə resepti  yazır:


“Ürəkləri istədiyi kimi resept hazırlaya bilməzlər. Ümumiyyətlə, həkimləri təlimatlandıran qaydalar mövcuddur. Tək koronavirusda deyil, bütün  xəstəliklərdə belədir. Bu qaydalar xəstəliyin gedişatına, dinamikasına, yeni kəşf olunan göstəricilərinə görə, dəyişir. Bunu da mütəxəssislər  hazırlayır, dünya həkimləri üzərində işləyirlər.


Hansısa problem yarananda araşdırılır, protokoldan kənara  çıxıb-çıxmadığı öyrənilir. Təbabət paradokslarla dolu elmdir, burada xəstələrə fərdi yanaşmaq lazımdır.


Koronavirusun müalicəsi də protokola uyğun aparılır. Brilliant xanımın müalicəsini necə yazıblar xəbərdar deyiləm. Yeni virus olduğu üçün proqnoz vermək çətindir. Kimisi yüngül, kimisi ağır keçirir. Həkim bütün bunları nəzər alır, koronavirus xəstəliyinin gedişatına  uyğun xəstəni müalicə edir. Məhz, antibotiklər birbaşa venaya vurulur. Çünki proses ağ ciyərlərin yuxarı paylarındadırsa, digər seqmentlerə keçməsinin qarşısı alınmalıdır.


Reanimasiyaya  düşməməsi üçün dərmanlar qəbul etməlidir. Koronavirusa yoluxan xəstələrdə başqa problemlər də yaranır. Məsələn, qanda tromblaşma, laxtalanma və sair.


Soruşula bilər ki, korona xəstəsiyəm, niyə laxtalanma əleyhinə dərmanlar vurulur? Fəsadların qarşısını almaq məqsədilə. Söhbət kompleks müalicədən,  orqanizmin qorumasından gedirsə, əhatəli resept yazılmalıdır. Kim  edər-etməz öz işidir. Həkim də, pasientin özü də xəstəliyi necə keçirəcəyini  bilməz. Biz pandemiya ilə mübarizədə həkimlərimizi də itirdik.


Daim xəstələrlə təmasda  ola-ola, əsl qəhrəmanlıq göstərdilər. Həkimlərimiz fədakardılar, ölüm təhlükəsi olduğunu bilə-bilə mübarizə apardılar. Pasientlər sabah nəsə olanda da həkimi günahlandırırlar, deyirlər, filan dərmanı yazmadı.


Bir də Brilliant xanımın başqalarına məsləhət verməsi yanlışdır. O yüngül keçirib, digərlərində başqa xəstəliklər də ola bilər. Hər kəsin orqanizmi fərqlidir. Kimsəyə tövsiyə vermək olmaz. Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi protokoldur. Həkimlər də ona uyğun çalışırlar”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti