22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |     19:13 SON DƏQİQƏ! Elxan Qasımov VƏFAT ETDİ  |     14:30 Ərdoğanın "Balkon çıxışı"ndan sonra Rəşad Nəcəfli QURBANLAR KƏSDİ PAYLADI  |     00:45 "Allah məni cəzalandırsa da onu bağışlamayacağam" - Zaur  |     00:43 Azərbaycanlı ifaçı Türkiyədə narkotik təbliğatına görə saxlanıldı  |     15:20 Rəqsanə: “Heç yerdə açıqlama verməmişəm ki, Təranənin qızına söz deyilməsin”  |    

"Səni sevirəm, böyük adam" - Yaqub Zurufçunun xanımı

15.09.2021 - 277 - Sosial

Xəbər verdiyimiz kimi, Əməkdar artist Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

SHOWXEBER.AZ xəbər verir ki, müğənninin xanımı Aynur Zurufçu dəfn mərasimində mərhumla bağlı açıqlama verib. O, həyat yoldaşının məzarı üstündə bunları söyləyib:

"Qəhərlənirəm, bilirəm ki, böyük adamlar haqqında kiçiklər danışmamalıdır. Onun qarşısında söz söyləməyə, son söz demək üçün kiçik adamam. Yaqub Zurufçu ürəyi, beyni Azərbaycanla döyünən idi. Ondan öyrənmişəm azərbaycançılığı. Dünyanı gəzdi, gəlib Azərbaycanda özünə yurd qurdu.
Yaqub Zurufçu evimizdən yox, elimizdən getdi. Onun xatirəsini daim yaşadacam, xalq, oğlumuz yaşadacaq. Səni sevirəm, böyük adam.

Təəssüf edirəm ki, Yaqub Zurufçu bu formada dəfn olunur. O, zirvələrə layiqdir. Pandemiyaya görə belə oldu. Əksi halda o, sevdiklərinin çiynində son mənzilə yola salınacaqdı".

Qeyd edək ki, Y.Zurufçu koronavirus infeksiyasına yoluxub. O, ötən gün müalicə aldığı xəstəxanada vəfat edib.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti