09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |     11:35 Həyat yoldaşı Miri Yusiflə danışığının səsyazısını yaydı  |     11:33 Azər Axşam Tənqid etdiyi kanalda yenidən işə başladı  |     17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |    

"Arif Quliyev, Rəmiş, Yaqub Zurufçu, gələn dəfə də mənim sorağımı eşidəcəksiniz” - Flora Kərimova

16.09.2021 - 333 - Maqazin

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu ötən gün “Qurd qapısı” qəbiristanlığında dəfn edildi.

Mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılan sənətçinin dəfn mərasimində sənət dostlarından az adamın iştirak etməsi müzakirələrə səbəb oldu.

SHOWXEBER.AZ xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova dəfnin harada olacağını bilmədiyi üçün mərasimə qatılmadığını deyib:

“Mən bağda idim, Yaqub bəyin vəfat etdiyini gec eşitdim. Sonra mətbuatda gedən yazılardan gördüm ki, dəfn mərasimi olacaq, amma harada olacağını yazmamışdılar. Yoxsa mən sürünə-sürünə gedərdim. Mənim Yaqub Zurufçuya hörmətim böyükdür. O, ilk dəfə Azadlıq meydanında “Ayrılıq”ı oxuyanda, mən də orada idim, bir mahnı ilə insanları birləşdirdi. Bir mahnı ilə hamımızın ürəyində məskən saldı.

 Ola bilərdimi ki, mən Yaqub Zurufçunun dəfnində olmayam? Məkanı kimdən öyrənəcəyimi bilmədim, ailəsindən kiminsə əlaqə nömrəsi məndə yox idi. İki nəfərə zəng elədim, onlar da dedilər ki, ünvanı bilmirik. Mən onun ruhundan üzr istəyirəm. Yaqub Zurufçu uşaqtəbiətli insan idi, xoş avazlı idi, hər zaman ürək açan sözlər, komplimentlər deyirdi. Onun danışıq tərzinə görə belə adam istəyirdi öpüb, qucaqlayıb, “çox sağ ol” desin.

Sonradan öyrəndim ki, Rəmişlə, Arif Quliyevin yanında dəfn edilib. Bir-bir adları sayırıq, sənətkarlarımızı itiririk. Dayanmışıq növbəyə, gələn dəfə də mənim sorağımı eşidəcəksiniz…”


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti