04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

"Xəstələnəndən sonra heç kim məni toya çağırmadı"

20.09.2021 - 277 - Mədəniyyət

"Hazırda kimyaterapiya alıram. 12 kimyaterapiyam var. Əslində ilk vaxtlar həkim 6-sını edəcəyini demişdi. Amma orqanizmim zəifdir, bədənim qəbul etmir. Buna görə də yarıya böldülər. Bilirsiniz ki, sümüyümdə və ağciyərimdə yenidən törəmələr yarandı. Buna görə də müalicəyə yenidən başladıq. Bilmirəm, nəticə necə olacaq. Amma buna da qalib gələcəyimi düşünürəm".

Bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Tünzalə Əliyeva deyib. Xərçəngdən əziyyət çəkən aktrisa hazırda müalicələrinin davam etdiyini söyləyib.

"Toppuş bacı" bildirib ki, yeni mövsümdə ARB TV ilə işbirliyini davam etdirəcək:

"Aparıcılığım davam edəcək, ya yox bilmirəm. Amma "Baldız" serialında rol alıram. bir də Dilarə Əliyevanın "Söhbət var" proqramında çıxış edirəm. İndi məzuniyyətdəyəm, oktyabrın 1-də işə çıxacam".
Bir vaxtlar xına evi açıb, özünə biznes quran Tünzalə bu işinin bağlandığını açıqlayıb:

"Xəstələnəndən sonra heç kim məni toya çağırmadı. Üç ildə cəmi iki-üç dəfə xınaya dəvət almışam. Xına evimi qəsdən bağlamadım, heç yerə çağrılmadım deyə bitdi. Layiq bilərlərsə, yenidən dəvət edərlər və işimi quraram".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti