04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

Bu manyaklara görə ölüm hökmü Bərpa edilsin

2.10.2021 - 225 - Maqazin

Aparıcı Xoşqədəm Hidayətqızı Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq arvadı Xanım Məmmədovanı qəsdən öldürməsi ilə bağlı paylaşım edib.


SHOWXEBER.AZ xəbər verir ki, hadisəyə münasibət bildirən aparıcı dəfələrlə əri tərəfindən döyülən qadınların ona müraciət etdiyini bildirib:

"Daha bir qadın əri tərəfindən, həm də polis şöbəsində uşaqlarının gözü önündə qətlə yetirilir… Polis şöbəsində polis olan ər öz xidməti silahı ilə həyat yoldaşını öldürür, bir gün öncə isə “dubinka”yla onu vəhşicəsinə döyür. Budurmu kişilik?! Zəif, gücsüz bir qadına əl qaldırmaq, öldürmək kişilikdirmi? İşgəncədən bezib, polisə şikayət etməsini namusunamı sıgışdırmadın, ay kişi? Bəs, namusunu insanların gözü önündə döyərkən, öldürərkən, bağlı qapılar arxasında saxlayarkən o namus, vicdan yadına düşmədimi, səni narahat etmədimi? Körpələrin yanında günahsız bir qadını öldürərkən namuslumu oldun? Sənin olmayan vicdanına lənət... İndi kiminsə, çıxıb ortaya ölən bir qadının namusunu ləkələyər, hər zaman bu cür olub. Əxlaqsız idi, ona görə öldürdü və sair...

12 ildir rəhbəri olduğum layihəyə müraciət edən sənin kimi ərlərin işgəncəsindən qurtulmaq istəyən yüzlərlə qadınla qarşılaşdım: Ayıbdır, boşana bilməzsən deyib, valideynləri tərəfindən ər evinə qaytarılan bəxtsiz gəlinlər mənim üstümə qaçıb kömək istəyirdilər. Mən onları müdafiə edərkən nə təhqirlərə məruz qalmadım. Bax, bu ölümlərdən o gəlinləri qorumaq ücün müdafiə edirdim və hər zaman da edəcəm.

Bir onu bilirəm ki, sənin kimi kişilərə güllələnmə verilməyənə qədər qətlə yetirilən, ailəsi tərəfindən qəbul edilmədiyini görüb evdən qaçan qadınlar çox olacaq. Bu manyaklara görə, ölüm hökmü bərpa edilsin. Ən azı ömürlük həbs edilməlidir".



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti