21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |    

Gündəlik Bürclər - 04.10.2021

4.10.2021 - 246 - Astralogiya

04 OKTYABR 2021-ci il

Qoç - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Amma çətinlikilər də istisna deyil. Görüləsi işi təxirə salaraq əylənməyə, istirahət etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlara şübhə ilə yanaşmayın, bədgüman olmayın. Onların hamısı pis insan deyil.

Günün ikinci yarısında başqalarının öhdəsindən gələ bilmədikləri işləri qətiyyət və iradəniz sayəsində bitirə bilərsiniz. Ağır situasiya ilə qarşılaşmış insana təmənnasız yardım edin. Bu əməlinizi unutmayacaqlar.

Axşam saatlarında normal istirahət edin.


Buğa - günün ilk yarısı çətin və məşəqqətli olacaq. Məqsədə çatmaq üçün bütün variantları sınayın, inadkar olun. Maliyyə problemləri yarana bilər. Yardım üçün yaxınlarınız və ya dostlarınızdan birinə müraciət edə bilərsiniz. Alış-veriş və ya investisiyalarla bağlı qərarları müstəqil şəkildə qəbul edin. Təcrübəli insanların məsləhətlərinə qulaq asın.

Uzun müddətdən bəri dil tapa bilmədiyiniz insanla münasibətləri günün ikinci yarısında normallaşdıra bilərsiniz. Niyyət və planlarınızdan açıq danışa bilərsiniz. Sizə rəğbətlə yanaşan insanlar həmin planlardan birinin reallaşdırılmasında sizə yardım edəcəklər.

Əkizlər - emosional fon mürəkkəbdir. Bu gün az olmayacaq çətin situasiyalarda sakit və soyuqqanlı davranmaq asan deyil. İşdə rəhbərlik və həmkarlarla peşəkar fikir ayrılıqları münaqişəyə səbəb ola bilər. İşə heç bir dəxli olmayan qarşılıqlı iradlardan çəkinin.

Günün ikinci yarısında həmkarlarla münasibətlərdə diqqətli olun. Məcaralara və avantüralara aldanmayın.

Maliyyə məsələlərində ehtiyatlı olun. Gərəksiz əşyaların alınmasına pul xərcləməyin. İtkilərə yol verməyin. Sevdiyiniz insanla həssas və qayğıkeş davranın.

Xərçəng - özünüzə nə qədər çox diqqət ayırsanız, bir o qədər yaxşıdır. Nüfuzlu insanlardan biri planlarınızla maraqlanmaqla yanaşı, sizə dəstək verməyə meylli olacaq. Gəlirlər istisna deyil.

Yeni layihə üçün şərik və ya sərmayədar tapa bilərsiniz.

Anlaşma, sövdələşmə və müqavilələr üçün əlverişli zamandır.

Günün ikinci yarısında alış-veriş etmək olar. Orijinal, qeyri-adi əşyalara diqqət yetirin. Zövqünüz sizi aldatmayacaq.

Axşam saatları yaradıcılıq, ailə üzvləri ilə birgə istirahət üçün yararlıdır.

Şir - tələyə düşməyin, boş söhbətlərə qatılmayın, şirin vədlərə aldanmayın. Soyuqqanlı olun, situasiyanı məntiq və ağılla qiymətləndirin. Hadisələr ziddiyyətli olsa da, səbrli davranın. İşgüzar əlaqələr baxımından faydalı olacaq insanlarla qarşılaşacaqsınız. Yeni tanışlıqlar olacaq.

Günün ikinci yarısında işdə rəhbərlik və tərəfdaşlarla qarşılıqlı anlaşmaya nail olun. Karyera inkişafı istisna deyil.

Planlaşdırılmamış səfərlər orlacaq. Dostlar və ya qohumlardan birinin üzləşdiyi problemi çözmək üçün yola çıxmaq zərurəti yarana bilər. Gəlirlər istisna deyil.


Qız - günün ilk yarısında ciddi problemlər yaranacaq. Lakin onların öhdəsindən gələcəksiniz. İnsanlarla dil tapmaq bacarığınızdan faydalanın. Kompromisləri unutmasanız və fəndgir davransanız, tezliklə yeni müttəfiqlər tapacaqsınız. Problemlərinizlə təkbətək qalmayın.

Günün ikinci yarısında gəlirlər istisna deyil. Amma pulları qoruyun, xərcləməyin. Nəzərdə tutulmamış əşyaların satın alınması, istirahət və əyləncə üçün münasib zaman deyil.

Liderlik məziyyətlərinizi peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərinizdə də nümayiş etdirin. Yaxınlarınız sizi həvəslə dəstəkləyəcəklər. Amma onların qayğıkeşliyi bəzən ifrata varacaq. Sonucda başqalarının səhvlərinə görə məsuliyyəti siz daşıyacaqsınız.

Tərəzi - istənilən miqyasda və ağırlıqda işlərə başlamaq olar. Uğur qazana bilərsiniz. Çoxdankı planlardan birini reallaşdırmaq üçün səylərinizi əsirgəməyin. Niyyətinizi olduğu kimi həyata keçirmək istəyirsinizsə, zəhmət çəkməlisiniz. Çətin situasiyalarda bel bağlamağa adət etdiyiniz insan bu gün uzaqdadır.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlər birmənalı deyil. Bir sıra məqamlar pərdələnir, onlar barədə danışılmır. Sonucda sürəkli susqunluq və ya əksinə, izafi söhbətlər nəticəsində yanlış informasiyaların sayı artacaq. Hansı məlumatın səhih, hansının yanlış olduğunu müəyyənləşdirmək çətinləşəcək.

Əqrəb - günün ilk yarısında əsla gözləmədiyiniz halda problemlə üzləşə bilərsiniz. Emosional fon əlverişli deyil. Ruhdan düşmək, bədbinliyə qapılmaq asan məsələdir. Kiçik, amma ağrılı itkilər, müşküllər az olmayacaq.

Günün ikinci yarısında yaxınlarınız sizə dəstək olmağa çalışacaqlar. Amma onların səyləri gözlənilən effekti verməyəcək. Sevdiyiniz insanla səmimi olun. Fikirlərinizi və niyyətlərinizi gizlətməyin. Cavabını aradığınız sualları səsləndirin. Situasiyanı müstəqil şəkildə təhlil edin. Özünüzü zəif, gücsüz insan sayaraq təşəbbüsü rəqiblərə verməyin.

Oxatan - enerjili, aktiv, əzmkar olun. Uğura aparan yolda sizə kimsə və nə isə mane olmamalıdır. Asan situasiya deyil, amma çətinliklər qarşısında əzilərək geriləməyin. Can atdığınız məqsəd uğrunda mübarizə aparmağa, savaşmağa hazır olun. Güclü rəqiblə üzləşəcəksiniz. Çətin mübahisələrdə mövqeyinizdən çəkilməyin.

Günün ikinci yarısında paradoksdur: işlər nə qədər çoxdursa, o qədər yaxşıdır. Maraqlı tanışlıq, romantik macəra istisna deyil. Şəxsi münasibətlərlə bağlı sizi narahat edən suala xoş olmayan cavabın alınması mümkündür.

Oğlaq - ən mühüm və gərəkli işləri günün ilk yarısında görün. Məhsuldar və effektiv zamandır. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri zəifləyəcək. Məsləhətlərə qulaq asın. Avantüralara və risklərə qoşulmayın. Kiçik maliyyə itkiləri ola bilər. Anlaşma və sövdələşmələrdə diqqətli olun.

Günün ikinci yarısı dəvət aldığınız tədbirlərə qatılın. Amma bu tədbir sizi xeyli usandıracaq. Yeni tanışlıqlarda maksimum dərəcədə ehtiyatlı olun. Etibarınıza və inamınıza nail olmağa çalışan insanlar səmimi deyillər.

Dolça - məqsədə çatmaq üçün qətiyyət və iradə ilə çalışırsınız. Amma çox işləmək effektiv nəticələrə nail olmağın optimal yolu deyil. Daha asan yollar aramayaraq sədlər və maneələrlə dolu variant seçməyin. Məqsədə çatmağınız mümkündür, amma buna çox vaxt və qüvvə sərf edəcəksiniz.

Planlaşdırılan istirahət və əyləncəni təxirə salın.

Günün ikinci yarısında bütün qüvvənizi toplayaraq irəliləyin. Narahatlığa və kiçik problemlərə fikir verməyin.

Köhnə münaqişənin kəskinləşməsi istisna deyil. Yaxın ətrafınızdakı insanlar nə zamansa etdiyiniz əməlləri xatırlayacaqlar və bu, münasibətlərin normallaşmasına yönəlməyəcək.

Balıqlar - məqsədə çatmaq üçün asan yollar aramayın. Bu dürüst taktikadır və əksi olarsa, heç nəyə nail olmayacaqsınız. Seçdiyiniz marşrutlar qeyri-sandart olsun. Rəqiblərlə bədxahlara yolunuzda sədlər yaratmağa imkan verməyin. Uzunmüddətli əməkdaşlıq, yeni iş yerinə keçidlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır.

Günün ikinci yarısında xeyli vaxtdan bəri həllini gözləyən məsələni çözün.

Pullarınızla ehtiyatlı davranın. İstədiyinizdən artıq xərcləmək riski var. Hansısa bahalı əşyanı almaqla bağlı təkidli məsləhətlərə qulaq asmayın. Bu əşya sizə gərək deyil.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti