12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |    

"Rəmişdən mənə bir bu ev miras qaldı" - Gülü

4.10.2021 - 198 - Maqazin

“Sənət adamları arasında gəlib-gedən yoxdur, zəng edirlər. Bircə Qədir Rüstəmovun qızı Sevil xanım gəlib yoxlayır. Təyyar Bayramov zəng edir. Hər gün Rəmişin məzarına gedirəm. 3-4 saat otururam, onunla danışıram”.

 
SHOWXEBER.AZ xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, gitara ifaçısı dünyasını dəyişəndən sonra heç bir sənət adamı onu ziyarətə gəlməyib:

“Heç kimim yoxdur, nə övladım, nə qohumum var. Bircə Rəmişim var idi, indi Allah onu da aldı. Bir Allah, bir də mən qalmışam.265 manat pensiya alıram, indi onunla dolanıram. Başqa gəlir yerim yoxdur. Bunu ona görə demirəm ki, nəyəsə ehtiyacım var. Yox, hər şeyim var, yaxşı dolanıram.  Rəmişdən mənə bircə ev qalıb, vəssalam. Avtomobili də yoxdur.

Ölkə başçısı İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Rəmişi diqqətdən kənar qoymadı. Onun müalicəsi üçün tapşırıq verdilər, hər şey edildi. Sağlığında da fəxri ad, ev verdilər. Amma Allahın yazısı belə imiş.

Başımı Rəmişin məzarını ziyarətlə qatıram. Danışıram, amma cavab verən olmur. Kor-peşman evimə qayıdıram.  Onsuz çox darıxıram. Onsuz qala bilmirəm. Yenə də həyatımdır, başımın tacıdır. Nə qədər ayağım yer tutur onun məzarını ziyarətə gedəcəm. Rəmişin məzarını xaricdə yaşayan bir dostu düzəltdirib”.



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti