10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |    

“Kişi simic oldu, apar qaytar” - Rövşanə

7.10.2021 - 199 - Maqazin

"Kişi simic oldu, apar qaytar…”


Bunu Yenicag.az-a açıqlamasında tanınmış aparıcı Rövşanə Ağasəfqızı “ailədə büdcəyə nəzarət”lə bağlı suala cavab olaraq bildirib.

Aparıcı kişilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:

“Belə fikir var ki, pulu qazanmaq asan, xərcləmək çətindir. Baxırsan, qadın var, gəlirini-çıxarını düzgün bölə bilmir: üst-üstə geyimlər, soyuducusunda yeyinməyəcək və istifadə olunmayacaq ərzaqlar. Qarderobda bir-birinə bənzəyən geyim dəstləri, oxşar ayaqqabılar… Nə olub, məgər dünyanın axırıdır? Yavaş-yavaş xərclə də… Mənə elə gəlir ki, hər bir qadın yığımcıl və yaxşı mənada bir az simic olmalıdır. Amma mütləq ehtiyatı olsun gərək. Kiməsə borca getməsin. Möhtac qalmasın. Eləsi var ki, var-yoxunu qoyur, bəhsə-bəhs kreditə girir, filankəsdə var, məndə də olsun. Bunun bir adı var: Görməmişlik. Həmişə pul qazanmaq olmur, bunu unutmaq olmaz.

Kişilərə gəlincə, səxavət onların üzünü ağ edən cəhətlərdən biridir. Kişi simic oldu, apar qaytar… Əliaçıqlıq kişiyə yaraşıq verir. Kişi xərcləsin, qadın yığsın. Əlini cibinə aparmayan kişidən adama ər olmaz. Pul xərcləməyə tək pul yox, həm də ürək lazımdır. Ürəksiz kişidən sevgi, ruh-filan da gözləməyin”.



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti