13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

"Oğlum dünyadan köçəcəyini bilirdi" - Nazpəri Dostəliyeva (VİDEO)

7.10.2021 - 242 - Maqazin

Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva oğlunun ölümündən aylar sonra ilk dəfə efirə çıxıb.


SHOWXEBER.AZ xəbər verir ki, Nazpəri Dostəliyeva ATV kanalında  yayımlanan “1 dəqiqə” verilişinə  qonaq olub. O, veriliş boyunca oğlunun son anılarını və  ölümünü  tamaşaçılarla bölüşüb. 

Müğənninin sözlərinə görə, oğlu vəfat edəcəyini əvvəlcədən bilirmiş:

“Çox qəribədir ki, o, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. O görürdü, mən görmürdüm. Mən inanmırdım. Bir az fikir edirdi. Son ildə onun öz problemləri oldu. Məndən gizlədirdi”.

Xalq artisti oğlunun son günlərini belə xatırlayır:

“Martın 22-si özünü pis hiss etdi. Həkimlərə zəng vurduq. Sonuncu kardioloq dedi ki, Nazpəri xanım, dəyməyin, toxunmayın. Əlini qucaqladım, basdım sinəmə. Yatıb yuxuma da gəlməzdi ki, Əli son nəfəsini tapşıracaq. Əli əvvəl dedi, mama, sən mənim əziyyətimi çox çəkmisən, sən güclü qadınsan, heç vaxt yenmə, əyilmə, sən sənətkarsan, səni sevənlərin gözünü yolda qoyma. Amma mən heç nə anlamırdım. Biz heç birimiz başa düşmədik ki, Əli son sözlərini deyir. Əli əllərimi öpdü və son nəfəsini verdi”.

Qeyd edək ki, N. Dostəliyevanın böyük oğlu Əli Quliyev bu ilin martında 41 yaşında vəfat edib. 



/unikal.org



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti