11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Məşhur aktyor 3 yaşlı qızından imtina edib

15.10.2021 - 106 - Maqazin

Aktyor Ouen Uilsonun keçmiş sevgilisi Varuni Vonqsvirates onun haqqında qalmaqallı iddialar irəli sürüb.


SHOWXEBER.AZ axşam.az-a istinadən xəbər verir ki, "Daily Mail" qəzetinə danışan Varuni atasının 3 yaşlı qızını heç vaxt görmədiyini açıqlayıb. O, balaca qızı Laylanın atasına ehtiyacı olduğunu vurğulayıb:

"Bu yaxınlarda qızım Laylanın üçüncü doğum gününü qeyd etdik. Ouenə qızını görməsi üçün yalvardım. Amma o bununla bağlı heç bir şey etmədi. Düzdür, maddi dəstək verdi, lakin bu kifayət deyil. Laylanın bir ataya ehtiyacı var. Ouenin filmlərində həmişə ata rollarını oynaması, amma həyatda qızı ilə görüşməməsi o qədər ironikdir ki".

Qeyd edək ki, Varuni hamilə olduğunu deyəndə aktyor ona inanmayıb və DNT analizi tələb edib. Ouen qızını qəbul etməsə də, testin nəticəsi Laylanın onun qızı olduğunu təsdiqləyib.
 
Aktyorun bundan başqa keçmiş münasibətlərindən 10 və 7 yaşlarında iki oğlu var. Heç vaxt rəsmi nikah bağlamayan Ouen onlarla tez-tez görüşür.



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti