13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |     14:28 Emil Bədəlov xeyli çəki atıb tanınmaz dərəcədə dəyişib  |     12:54 Akif İslamzadənin mahnısına yeni nəfəs qatdı  |    

Ərəb biznesmen Rüfətin 100 min dollarını oğurlayıb

18.10.2021 - 187 - Maqazin

"Məclisdə ev sahibi nə deyirsə, biz də onu edirik. İndi toylarda söz vermək yığışdırılıb. Ev yiyəsi də demişdi, ancaq oxumaq olsun".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rüfət Axindov "Onun sirri" proqramında deyib. Sənətçi toyların birində ölümlə hədələnməsindən danışıb:

"Bir şəxs çıxış etmək istədi, ona danışmağa söz vermədim, toydan sonra problem yaşadıq. Sənət dostlarım həmin insanı tanıyırdılar. Səməd Səmədov, Ədalət Şükürov, Anar Mədətov həmin adama zəng etdilər ki, anlaşılmazlıq olub, üstündən keçək. Qorxulu an idi. Qismətimdə yaşamaq var idi, ona görə də indi yaşayıram".


Əməkdar artist Ədalət Şükürov isə məsələ ilə bağlı "Vəziyyət pis idi, bacardığımız qədər gəlib Rüfəti xilas etdik. Mənə zəng gəldi ki, məsələ pisdir. Mən də elə paltarımı geyinə-geyinə həmin şəxsə zəng vurdum. Gəlib hadisə yerinə çatdım, məsələ həll olundu" sözlərini söyləyib. 


Sənətçiyə daha sonra "Həyatında bir çamadan pul görmüsən" sualına əsəbiləşib. "Nə mənası var? Getsəm yaxşı olar, əminəm heyət inciməz. Elə şeylər var danışmaq olmaz. Burada elə çıxır ki, məni şantaj edirsən" deyən, Rüfət studiyadan getmək istəyib.


İfaçı daha sonra məsələyə aydınlıq gətirib. O, əcnəbi vətəndaşlardan birinin onun 100 min dollarını götürdüyünü açıqlayıb:


"Biznes sahəsində eniş də, qalxış da olub. Birləşmiş Ərəb Əmirliklərində bir an oldu ki, avtomobil almaq və Azərbaycana gətirmək istədim. Ərəblə iş görürdük, dəfələrlə işlədik. Son maşınların pulunu göndərdim, deyilən, tarixdə gəlmədi. Axırıncı günə kimi əlaqə saxlayırdıq. Son gün zəng etdik ki, nə var, nə yox. Telefon bağlı oldu. Yenidən Dubaya yola düşdüm, ofisdə onu tapa bilmədim. Evində də qonaq olurduq. Məlum oldu ki, ev də kirayə imiş. 10-dan çox maşın idi, amma gəlmədi. Həmin gündən adamı tapa bilmirəm".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti