20.10.2021 - 215 - Maqazin
Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən zəhərlənmə baş verib.
SHOWNEWS.AZ-ın əldə etdiyi eksklüziv xəbərə görə, 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstənin vəziyyətləri ağır olduğundan o Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 1 saylı şəhər xəstəxanasında 9 yaşlı uşaq zəhərlənmədən dünyasını dəyişib. Qeyd edək ki, Qasımzadə İbrahimxəlil sosial şəbəkə fenomeni Bayram Nurlunun bacısı oğludur.