04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |     12:09 Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı  |     18:05 “8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan  |     13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |    

"50 manata şou-proqramda oxuyur, kreditə görə evini satıb"

21.10.2021 - 167 - Maqazin

Xəbər verdiyimiz kimi, Əməkdar artist Firuzə İbadova evinin şəraitsiz olmasından gileylənib.


Axşam.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova onla bağlı paylaşım edərək, həmkarının imkansızlığı ilə bağlı bəzi məqamlara toxunub. O bildirib ki, İbadova şou-proqramlarda 50 manata oxuyur:

"Mən onu tanıyanda o artıq ulduz idi. Mənim üçün bu gün də ulduzdur. Onu dinləmək üçün insanlar ciblərindəki son pulu verib bilet alıb konsertinə gəlirdilər. Onun çıxış etdiyi konsertlərinin dəfələrlə şahidi olub, pərdə kənarında onu dinləyə-dinləyə öyrənmişəm. Onun ehtiyacı olmasa da, Şövkət Ələkbərovaya olan sevgisindən gedib onun sinfində dərs aldı. Təqvimdə elə bir gün yox idi ki, o, konsertlə tamaşaçı qarşısına çıxmasın: stadion, tarla, kolxoz deməzdi... Firuzə xanımın tədbirlərdə necə şövqlə gözəl keçməsi üçün çıxış etməsinin şahidi olmuşam. Qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi, müqabilində isə Firuzə İbadova ayda bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi xalqın qarşısında olan saysız çıxışlarının sonunu bugünkü kimi deyil, çox böyük sevgi, diqqətlə ödəniləcəyini, təminini düşünürdü. Məcburiyyətdən, çörəkpulu üçün toylarda, şou-proqramlarda 50 manata oxuyur. Bayıl qəsəbəsində olan 1 otaqlı evini satıb, kreditini ödəyib".



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti