19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Gündəlik Bürclər - 09.11.2021

9.11.2021 - 123 - Astralogiya

Qoç
Bu gün özünüzü çox yaxşı hiss edəcəksiniz. Qarşılaşacağınız hadisələr əhvalınızın daha da yüksəlməsinə səbəb olacaq. Sevdiyiniz şəxslə birlikdə qısa səfərlərə çıxa bilərsiniz.

Buğa
Dostlarınız və yoldaşlarınızla birlikdə olmaq sizi rahatlaşdıracaq. Qrup yoldaşlarınızla əlaqələri daha da möhkəmlədə bilərsiniz. Tamamlamanız lazım olan işlərə diqqət yetirin, çünki sonrakı günlər çətin ola bilər.

Əkizlər
Başınızı qarışdıracaq bir xəbər almaq ehtimalı var. Bu vəziyyət bir neçə saat davam edəcək. Özünüzə qapılaraq fikrə dalacaqsınız. Dərhal qərar verməyin.

Xərçəng
Bu gün sakit məkanda hadisələri yenidən nəzərdən keçirəcəksiniz. Daha diqqətli davranmağı bacaraqsınız. Lakin özünüzü bədbin hiss etməniz də mümkündür. Pessimist fikirlərdən uzaqlaşmağa çalışın.

Şir
Günün hadisələrinin inkişafından asılı olmayaraq əhvalınız pozulmayacaq və istəklərinizdən imtina etməyəcəksiniz. Ailə üzvlərinizin problemləri ilə məşğul olun.

Qız
Bu gün köhnə bir dostunuzla təsadüfən qarşılaşa bilərsiniz. Bu görüş sizi həyəcanlandıracaq. Birlikdə şən vaxt keçirəcək, köhnə günləri xatırlayacaqsınız. Bu gün intellektual fəaliyyətiniz çox sürətli olacaq. Eyni vaxtda müxtəlif mövzularla maraqlana bilərsiniz.

Tərəzi
Sevdiyiniz şəxsin sizi anlamadığını düşünə bilərsiniz. Ancaq sizin də ona qarşı daha anlayışlı və səbirli olmanız lazımdır. Ona təzyiq göstərməyin, daha mülayim davranmağı öyrənin.

Əqrəb
Uzun zamandır görmədiyiniz dostlarınızla qarşılaşa bilər, köhnə yoldaşlarınızdan xəbər ala bilərsiniz. Yaxınlarınızla münasibət qurarkən bir az yumşaq davranın. Əks halda fikirlərinizi diqqətə almaya bilərlər.

Oxatan
Hadisələrin inkişafına müdaxilə etməyin. Necə deyərlər, başınızı aşağı salıb gündəlik işlərinizlə məşğul olun. Əhatənizdə olanlarla yaxşı dil tapacaq, maraqlı söhbətlər edəcəksiniz. Ünsiyyət zamanı öyrəndiyiniz bir sıra məlumatlardan faydalanacaqsınız.

Oğlaq
Bu gün plana uyğun hərəkət edəcəksiniz. Dostlarınızla birlikdə olmaqdan böyük zövq alacaqsınız. Dəvət və yığıncaqlarda şən vaxt keçirə bilərsiniz.

Dolça
Həm zehni, həm də fiziki gərginlik yaşayacaq, narahat və qərarsız bir vəziyyətlə qarşılaşacaqsınız. Hisslərinizə nəzarət etməniz çətin olacaq. Əslində əhvalınız və özünüzə olan inam yüksək olacaq.

Balıqlar
Yeni planlarınızı ən yaxın ətrafınızla paylaşa bilərsiniz. Bu gün həmişəkindən zarafatcıl olacaqsınız. Gəlirlə bağlı istək və niyyətlərinizi də açıqlaya bilərsiniz.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti