19:04 Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəzaya düşdü  |     09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |    

Gündəlik Bürclər - 16.11.2021

16.11.2021 - 89 - Astralogiya

Qoç
Bu gün sevdiklərinizə yaxşı münasibət bələyəcəksiniz. Gün yaxınlarınızın qayğısına qalmaq baxımından əlverişlidir. Günün ortalarında hökumət orqanlrının nümayəndələrilə əlaqədə olacaqsınız. Axşam əhvalınızın korlanacağı bildirilir.

Buğa
Işdə uğur qazanacağınız gözlənilir. Ehtimal ki, ya əmək haqqınız artırılacaq, ya da vəzifəniz yüksələcək. Istənilən sənədlərin imzalanması üçün münasib gündür. Siz həmişəkindən daha tez yorulacaqsınız. Bu, özünü günün ortalarında büruzə verəcək.

Əkizlər
Müdriyyətlə aranızda mübahisə düşəcəyi ehtimal olunur. Xoşbəxtlikdən siz daha tez güzəştə getməyi bacaracaqsınız. Bu səbəbdən də günün gedişi xoşagəlməz izlər buraxmayacaq. Başınızı işlə yükləməyin, bir az da dost-tanışla söhbət etməyə vaxt ayırın. Son günlər sizi narahat edən məsələləri müzakirə edə bilərsiniz.

Xərçəng
Ehtimal ki, ailə üzvlərinizlə bağlı vacib xəbər alacaqsınız. Qohumlarınızın dəstəyilə çoxdankı planlarınızı reallaşdıra biləcəksiniz. Ancaq gün mübahisəsiz ötüşməyəcək. Bütün vacib qərarları sərbəst versəniz faydasını görərsiniz.

Şir
O qədər də ürək açan gün deyil. Məqsədə çatmaq şansınız olacaq, amma bu asan başa gəlməyəcək. Yaxınlarla münasibətiniz də qaydasında olmayacaq. Kompromisə getməyi bacarsanız, gün daha uğurlu olar. Şəxsi müstəvidə çoxdankı arzunuza çatacağınız da istisna edilmir.

Qız
Şəxsi həyatda vacib və xoş dəyişikliklər olacaq. Bürcün nüayəndələrini günün hadisələri sevindirəcək. Gün qonaq qəbulu, evdə şənlik keçirmək üçün münasib hesab olunur. “Qız”lar həvəslə ev işlərilə məşğul olacaq, övladlarına vaxt ayıracaqlar.

Tərəzi
Ehtimal ki, əhəmiyyətli miqdarda gəliriniz olacaq. Bu gün hansısa layihəyə pul yatırtsanız, xeyirini görəcəksiniz. Fəaliyyət dairənizi genişləndirmək imkanı olacaq. Cəlbedicilik qabiliyyətiniz əks cinsin nümayəndlərini sizə qarşı biganə qalmamağa vadar edəcək.

Əqrəb
Işgüzar münasibətlər baxımından məhsuldar gün deyil. Təyin etdiyiniz görüşü təxirə sala bilmirsinizsə, onda bu gün danışığınıza xüsusi diqqət yetirin. Yaxşı olar ki, daxili sakitliyinizi qoruyasınız. Əks halda münaqişədən qaça bilməyəcəksiniz.

Oxatan
Bu gün sizin istedadınız və ya hansısa bacarığınız diqqət çəkəcək. Kifayət qədər maraqlı tanışlarınız peyda olacaq. Romantik münasibətiniz harmonal inkişaf edəcək. Sevdiyiniz adama qarşı səmimi olmağınız məsləhətdir.

Oğlaq
Məhsuldar gündür. Əlinizə aldığınız yeni işi uğurla başa vuracaqsınız. Ətrafdakıların üzərlərinə düşən məsuliyyyətin öhdəsindən gələ bilməmələri sizi əsəbləşdirəcək. Ancaq yumor hissi neqativ hallardan çıxmağa yardımçı olacaq.

Dolça
Günün birinci yarısı sakit keçəcək. Qabaqcadan qurduğunuz plan əsasında hərəkət edəcəksiniz. Günorta vaxtları mötəbər şəxslərdən biri ilə görüşünüz olacaq. O sizə dayaq duracağını vəd edəcək. Günün ikinci yarısında yaşlı qohumlarla aranızda gərginlik yaşanacaq.

Balıqlar
Əlinizə düşən ilk fürsətdə liderlik xüsusiyyətinizi nümayiş etdirəcəksiniz. Bu səbəbdən də tez-tez diqqət mərkəzində olursunuz. Yaxşı olar ki, kifayət qədər tanımadığınız adamlarla ünsiyyətdə olarkən diqqətli olasınız. Onlar sizin enerjinizdən şəxsi məqsədləri üçün istifadə edə bilərlər.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti