17.11.2021 - 137 - Dünya
"Rusiya sülhməramlılarının keçmiş komandiri, hazırda isə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə bir neçə saatdan sonra Ermənistana enəcək".
SHOWXEBER.AZ xəbər verir ki, bu barədə məlumat erməni KİV-lərində yayılıb.
Bildirilir ki, məzuniyyətdə olan Muradov təcili olaraq Ermənistana ezam olunub. Məlumata əsasən, Rüstəm Muradov Ermənistana gedəcək, daha sonra Azərbaycan tərəfi ilə şəxsən danışıqlar aparacaq./unikal.org