12:10 Vado Korovin Amil Xəlilin verlişin bağladı!  |     10:23 Mehriban Ələkbərzadə aktyor Ziya Ağanı işdən çıxardı  |     10:14 Zaur “Rəngarəng”ə Ayselsiz başlayır  |     19:57 Taleh Yüzbəyov 18 min manat cərimələnib  |     18:35 "Razi ilə ilk dəfə pul qarşılığında görüşmüşəm" - Məhkəmə  |     18:28 Nazpəri Dostəliyeva: “Son nəfəsində dedi ki, ana, haqqını halal et”  |     18:26 Müğənnini izləyən şəxs saxlanıldı - “Nazirlikdən tapşırıldı, göstəriş verildi”  |     18:22 Ağadadaş Ağayevin “MedEra Hospital”la bağlı şikayətinə nə vaxt baxılacaq?  |     14:08 "Ərimi qısqansam ac qalaram" - Çinarə Əliyeva  |     10:37 “Mən ulduz yetişdirirəm. İkinci Vaqif Gərayzədəyəm”  |     10:32 “Miss Azərbaycan” koreyalı bəylə ailə qurdu  |     20:31 Zeynəb Xanlarovanın Özbəkistan Xalq artisti ilə maraqlı görüntüsü  |     17:20 İlhamə Quliyevanın xatirə gecəsi olacaq  |     17:18 Xalq artisti Ağadadaş Ağayev “Medera Hospital”ı məhkəməyə verib  |     16:59 Tolik: “Əsas odur kişi oğrusu olmayasan”  |     16:58 “Türkiyə gözəli” vəfat etdi  |     21:58 “Nikosayağı”nın qəzaya düşdüyü avtomobilin nömrəsi satışa çıxarıldı - MƏBLƏĞ  |     16:32 Vəfa və Şəbnəm yenə bir-birini qırır  |     15:54 Reanimasiyaya yerləşdirilən meyxanaçının vəziyyəti necədir?  |     21:46 “Məktəblər açılandan sonra sonra nə olacaq?" - TIXACLARDAN GİLEYLƏNDİ  |    

Noyabrın sonu Dekabrın əvvəlləri: 4-cü dalğa gəlir Azərbaycana

19.11.2021 - 156 - Sosial

Avropada koronavirusun dördüncü dalğası davam edir.

Son 24 saatda Niderlandda koronavirusa yoluxma üzrə yeni antirekord qeydə alınıb. Niderlandın Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkə üzrə 23 680 yeni yoluxma halı aşkarlanıb.

Bu göstəricinin pandemiyanın başlanmasından bəri ən yüksək sutkalıq yoluxma sayı olduğu bildirilib. Həmçinin, ötən sutka ərzində 34 nəfərin COVID-19-un qurbanı olduğu qeyd edilib.

Xatırladaq ki, dünən Almaniyada da yoluxma sayında antirekord müşahidə olunub. Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini və bunun “peyvənd olunmamışların pandemiyası” olacağını qeyd edib. Azərbaycanda da son həftə COVID-19-a yoluxanların sayında ötən həftələrə nisbətən artım müşahidə olunur.

Ölüm sayı da 20-30 rəqəmi arasında dəyişir. Dəfələrlə yoluxma sayının artması və xəstəxanalarda yer çatışmazlığına görə sərt karantin tətbiq edilən ölkəmizdə hazırda hansı dalğanın davam etdiyini dəqiq demək çətindir.

“Azərbaycan Həkimləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm isə Cebhe.info-ya açıqlamasında deyib ki, ölkəmizdə hazırda koronavirusun 3-cü dalğası davam edir:

“Mənə elə gəlir ki, payızda ölkədə başlayan dalğa COVID-19 infeksiyasının 3-cü dalğası idi. Hazırda həmin dalğa davam edir. Havalar soyuyan kimi yeni, 4-cü dalğanın gəlməsi gözlənilir. İndi Avropada artıq 4-cü dalğa yüksək həddə çatıb. Bizdə hələ elə deyil.

Düşünürəm ki, noyabrın sonu və dekabrın əvvəlləri bizə də bu dalğa gəlib çıxacaq. Yoluxma sayı kəskin arta bilər”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti