09:30 "Səsin traktor kimi xırıldayır, oxuya bilmirsən"  |     09:21 Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur  |     13:38 Elnarənin Röya ilə bağlı paylaşımı təəccübləndirdi  |     20:24 Bu verilişlərin də yayım saatı azaldıldı  |     20:18 “Mən və atam zərərçəkənlər üçün 100 milyon köçürdük” - Emin Ağalarov  |     12:12 Yusif Mustafayevə 110 min dollarlıq MAŞIN BAĞIŞLADILAR  |     12:07 “Bu hal təkrarlansa, onları rəzil edəcəyəm!” - Ülviyyə Xəlilbəyli  |     20:27 Zaurun verilişinin yayımı saat yarım azaldıldı  |     20:25 "Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"  |     11:36 Dilarə Kazımovadan retro fotosessiya  |     21:40 Tünzalə “Dünya yalnız səndən ibarət” dedi  |     12:20 Filipp Bakıya bu səbəbdən gəlib  |     18:31 SON DƏQİQƏ! Azərbaycanlı müğənninin anası vəfat etdi  |     15:47 Kadir İnanır xəstəxanaya yerləşdirildi  |     19:56 Röya Bakıya qayıtdı  |     18:41 Aygün Kazımovadan Röya ilə bağlı paylaşım  |     17:26 Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş...”  |     15:55 Tünzalə Ağayeva Moskvada törədilən terror aktından danışıb  |     06:12 Vəfadan ölüm xəbərinə reaksiya  |     22:18 Silahlı insident baş verən “Vegas City Hall“da Röyanın konserti təxirə salındı  |    

Azərbaycanda karantin sərtləşdiriləcək? - AÇIQLAMA

20.11.2021 - 155 - Sosial

"Vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib. Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir”. 


SHOWXEBER.AZ  xəbər verir ki, bu sözləri TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi:

 

"İndi isə vəziyyət fərqlidir. Vaksinasiyanın effektivliyini göstərən ən yaxşı nümunə məhz budur. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün həkimlərin də tövsiyəsinə uyğun olaraq buster doza vaksini vurdurmalıyıq”, - deyə o qeyd edib

Ölkəmizdə bu günə kimi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsində tibb personallarının xidmətlərindən danışan Y.Qarayeva bildirib ki, pandemiya ilə mübarizəyə ölkə üzrə 43 551 tibb personalı cəlb olunub:

"Eyni zamanda 574 könüllü tibb işçisi, eləcə də xaricdən dəvət olunan 380 mütəxəssis bu proseslərə cəlb olunub. Vətən müharibəsi zamanı yaralılara 10 000 tibb personalı, 1300 könüllü, xaricdən dəvət olunan 100 mütəxəssis xidmət göstərib”.



Showxeber Bizi instagramda izləyin



Xəbər xətti