15:10 Kənan MM: “Mədəniyyət Nazirliyində məni rəsmi olaraq heç kim tanımır...”  |     12:06 "Qızı Təranənin məhkəməsinə gəlməkdən imtina edir"  |     12:00 Aygün Kazımovanın 3544 manatlıq dəsti  |     10:30 Avtomobillə vurulan Şəfiqə Nağıyevanın son vəziyyəti açıqlandı  |     23:31 Tolikin ad günündən çıxan vəkili maşın vurdu  |     22:04 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  |     22:01 “Ermənipərəstin qızına Bakıda konsert edirik” - ETİRAZ ETDİ  |     21:04 “Özümü öldürmək istəyəndə Zülfiyyə mənə dərmanlar verdi ki, içim ölüm”  |     21:02 “Bizim adımızdan pul yığır ki, guya efirə çıxardacaq” - ZAUR ŞİKAYƏTÇİDİR  |     11:34 Şəfiqə Nağıyeva yenidən Rövşanənin verilişinə dəvət olundu - Video  |     19:20 Aygün Kazımova uşaqlıq fotosunu paylaşdı  |     14:14 Model sevgilisini döydüyü deyilən Ziyadan REAKSİYA (FOTO+VİDEO)  |     08:18 Azərbaycanlı aparıcı ilə futbolçu evlənir - Toy tarixi açıqlandı  |     08:16 “Mən cavan olmamışam, oğlan sevməmişəm” - Elnarə Abdullayeva  |     08:12 “Mini geyinsəniz də, maraqlı olmayacaqsız”  |     12:42 "Qovuşacağımız günə qədər məni gözlə" - Xatun qardaşından yazdı  |     11:31 Aygün Kazımova “gəlincik” oldu - Fotosessiya  |     08:04 Əməkdar artistin vəfatı ilə bağlı nekroloq  |     08:03 Elxan Qasımovla vida mərasimi keçiriləcək  |     08:00 “Barbie” Aygün Kazımova...  |    

İtalyan senatordan Ermənistana sərt etiraz: “Artıq yetər”

20.11.2021 - 153 - Dünya

İtaliya Senatının "İrəli İtaliya” Partiyasından üzvü, senator Urania Papatheu Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan tərəfinin həyata keçirdiyi sonuncu hərbi təxribatları pisləyən və ölkəmizi dəstəkləyən açıqlamalar verib.


Senatorun açıqlamaları İtaliyanın  

"AgenParl”"Agenzia Nova”, "LaPresse”, "Askanews”, "Dire”, "9Colonne” xəbər agentlikləri tərəfindən yayılıb.

 Azərbaycan-Ermənistan dövlət sərhədində son günlər ərzində Ermənistan tərəfinin növbəti təxribatlarını dəf edərkən Azərbaycanın 7 hərbçisinin həlak olduğunu, daha 10 nəfərin isə yaralandığını bildirən italyan senator "Artıq yetər demək vaxtıdır, Avropa İttifaqı müdaxilə etməli, irəliyə doğru addım atmalı və hələ də müharibə etmək istəyənləri qətiyyətlə pisləməlidir”, - deyə son günlər ərzində baş verən erməni təxribatlarına sərt etirazını bildirib.


"Sanki keçən il noyabrın 10-da müharibə başa çatdıqdan sonra bu günə qədər mina partlayışının qurbanı olan 160-dan çox mülki azərbaycanlı azmış kimi Ermənistan tərəfi öz təxribatlarına davam edir”, - o deyib. "Bu dramatik vəziyyət Ermənistan hakimiyyətinin beynəlxalq hüquqla müəyyən edilmiş normaları qəbul etmək istəməməkdə israr etməsi ucbatından daha da pisləşir”, - deyə senator fikirlərinə əlavə edib.


"Bütün regionda sülh, sabitlik və əməkdaşlığı təmin etmək üçün Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəkməlidir. Azərbaycan və Ermənistan arasında münasibətlərin beynəlxalq hüquq normaları əsasında normallaşması və dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün bu iki ölkə arasında danışıqlar prosesinin mümkün qədər tez başlaması vacibdir”, - deyə Urania Papatheu fikirlərini tamamlayıb.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti