11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

İntihar edən qazinin atası: "Oğluma iş vermirdilər, hər yerə müraciət etmişdi"

22.11.2021 - 146 - Sosial

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda Vətən müharibəsi qazisi Ülvi İsgəndərov intihar edib.


Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Quba rayonun Yuxarı Ləki kəndində Vətən müharibəsi iştirakçısı Ü.İsgəndərovun yaşadığı evdə intihar etməsi ilə bağlı hazırda rayon prokurorluğunda araşdırma aparılır.


AZXEBER.COM məsələ ilə bağlı Ülvi İsgəndərovun atası İsfəndiyar İsgəndərov ilə əlaqə saxlayıb. 


Qazinin intiharı ilə bağlı danışan atası onun işlə bağlı problemləri olduğunu bildirdi:


"Neçə müddətdir ki, işsiz idi. İş vermirdilər, müraciət etmədiyi yer qalmayıb. Kənd İcra Nümayəndəliyindən tutmuş hər yerə, müraciətimizə baxmadırlar. Yəni iş problem var idi, sonda da belə oldu". 


AZXEBER.COM məsələ ilə bağlı Yuxarı Ləki kəndinin İcra Nümayəndəsi Müşviq Hüseynov ilə də əlaqə saxlayıb. O isə işlə bağlı hər hansı müraciətin olmadığını bildirdi:


"Hadisə baş verib, indi araşdırma aparılır. Bizə hər hansı müraciətləri olmayıb. Hansı səbəbdən intihar etdiyi haqda məlumatımız yoxdur. Araşdırılır”.


Aydın Nuri


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti