09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

“Ermənilər məğlubiyyəti həzm edə bilməyib dava saldılar” - İslam Abbasov

23.11.2021 - 108 - İdman

Xəbər verdiyimiz kimi, Fransada klublarası güləş çempionatında “Şiltqem” komandasının heyətində çıxış edən Azərbaycan millisinin üzvü İslam Abbasov erməni Edqar Xaçaryanı 6:3 hesabı ilə məğlub edib.

“Qafqazinfo”ya açıqlama verən İ. Abbasov görüşdən sonra azərbaycanlı və erməni azarkeşlər arasında dava düşdüyünü bildirib:

“Klubumuza qələbə lazım idi və mənə təklif etdilər ki, bir çəki yuxarıda güləşim. Razılaşdım və xalçaya çıxdım. Rəqibim erməni idmançı idi. Tam kökləndim və ona qalib gəldim. Baxmayaraq ki, rəqib güclü və çəkidə məndən ağır idi. Erməni azarkeşlər də onu dəstəkləyirdi. Bilirdilər ki, Azərbaycandan gəlmişəm.

Ona qalib gəldiyim görüşdən sonra isə insident oldu. Bizim azarkeşlərlə ermənilər arasında dava düşdü. Sonra polis və mühafizəçilər aranı sakitləşdirdi. Fransada ermənilərin sayı çox olduğu üçün qələbəmi həzm edə bilmirdilər. Ona görə dava saldılar. Ermənilər görüşdən əvvəl deyirmişlər ki, ona uduzmaq olmaz. Türkdür onu məhv eləmək lazımdır. Onlar belə sözlər danışsalar da, həmişə bizə uduzublar. Tribunada şüarlar səsləndirsələr də, onlara fikir vermədim, motivasiya olub güləşdim.

 Həmin an heç nə eşitmirdim. Sonra bizim azarkeşlər mənə dedi ki, bəs hadisə bu şüarlar üstündə baş verib”.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti