17:02 "Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir"  |     15:45 Parlaq ulduzlar xalq konsertində  |     15:42 Türkandan plastik əməliyyatını tənqid edənlərə cavab  |     15:39 Aygün Kazımovaya gözlənilməz sürpriz - 23 İL SONRA GÖRÜŞDÜLƏR  |     15:37 Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"  |     15:36 Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü  |     11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |    

Gündəlik Bürclər - 24.11.2021

24.11.2021 - 268 - Astralogiya

Qoç
Xoş gündür. Yaxşı ideyalar bir-birini əvəz edəcək. Onları reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sözlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək.

Buğa
Enerjinizin yüksək oldğunu hiss edəcəksiniz. Görüləsi işlərinizinə görə hərəkətə keçəcəksiniz. Izdihamlı yerlərdə olacaqsınız. Əhəmiyyətli bir iş razılaşması da istisna deyil.

Əkizlər
Pul baxımından şanslı bir gündür. Buna baxmayaraq xərcləmələrinizi şişirtməməyə diqqət yetirin. Həyatı bir az daha geniş baxımdan şərh etməyə ehtiyacınız olacaq.

Xərçəng
Bu gün ağlınıza gələn başınıza gələ bilər. Gün ərzində tək qalmaq, ailənizə vaxt ayırmaq və bir həftə boyunca ediləcəkləri nəzərdən keçirmək əsas gördüyünüz iş olacaq. Romantikliyinizi gizlətməyi yaxşı bacarırsınız.

Şir
Gün mühüm əhəmiyyət kəsb edən olaysız, sürprizsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Sizə hələ buna hazır deyilsiniz.

Qız
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu gün təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadırlar və buna nail olacaqlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana sahib olacaqsınız.

Tərəzi
Ehtiyalı olun. Işgüzar sferada atılan səhv addım artıq problem yarada bilər. Kollektivin öhdəsindən gələ biləcəyi işi təklikdə görməyə çalışmayın. Sevdiyiniz şəxslə hər ikinizi narahat edən ciddi məsələləri müzakirə edin. Narahat olmayın, qarşı tərəfdən eşidəcəyiniz sizi sevindirəcək.

Əqrəb
Şəxsi müstəvidə yaranmış dolaşıq situasiyadan asanlıqla çıxmağı bacaracaqsınız. Problemin çətinliyi hər bir işdə sizi günahkar bilmələridir. Ilk baxışda sizi sıxışdırsalar da, nələrəsə layiq olduğunuzu etiraf edəcəklər. Bu işdə sizə bir xanım yardımçı olacaq.

Oxatan
Gün kifayət qədər əyləncəli macəralar, o cümlədən romantik anlar vəd edir. Bu gün çox cəlbedici olacaqsınız. Bir zamanlar həyatınızda vacib rol oynayan adamla görüşəcəksiniz. Xroniki ürək-damar xəstəliyi olanların bu gün daha diqqətli olması lazımdır.

Oğlaq
Bu gün işgüzar sferada ünsiyyət bağlantınız təsirli olacaq. Yaxşı olar ki, problemlərinizə daha təsirli üsullarla yaxınlaşmağı bacarasınız. Yaxın ətrafınızla bağlı əylncəli planlar reallaşdırmaq imknanınız olacaq.

Dolça
Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günün ortalarında həyəcanlanasınız, təşvişə düşəsiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.

Balıqlar
Istənilən məşğuliyyət üçün əlverişli gündür. Işinizi genişləndirməklə karyeranızı da yüksəldəcəksiniz. Təcrübəliliyiniz ən çətin məsələlərin həllinə yardımçı olacaq. Qonaq qarşılamaq, ailə şənliklərinin keçirilməsi, yaxınlarınızla ünsiyyət üçün münasib gündür.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti