09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Ramin Aslanovun “Bir Bax, Min Yaşat” sərgisində yaşananlar

24.11.2021 - 174 - Maraqlı

Heydər Əliyev Sarayında gənc və istedadlı fotoqraf Ramin Aslanovun “Bir Bax, Min Yaşat” fərdi foto sərgisi baş tutub.

Axşam.az xəbər verir ki, müxtəlif və rəngarəng mövzuları əhatə edən və əsasən təbiət fotojanrına üstünlük verilən fotosərgi müəllifin tamaşaçılar qarşısında ilk hesabatı olub. Azərbaycanımızın şəhər və rayonlarının təbiətinin müxtəlif obrazlı gözəlliklərinin, təbii sərvətlərinin müxtəlifliyinin sərgiləndiyi sərgi tamaşaçılara yüksək sənət zövqü bəxş edib.

Sərgini izləməyə gələnlər arasında mədəniyyət və incəsənət sahəsində olan şəxslər, fotoqraflar yer alıblar. Tədbiri giriş sözü ilə Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov açaraq, Ramin Aslanovun fotolarından danışıb. 

O vurğulayıb ki, Ramin fotoqraflıq sahəsində özünəməxsus bir tərz yaradıb. R.Qasımov fotoqrafın şəkillərdə təbiəti ən gözəl formada əks etdirdiyini deyib.

Ramin isə çıxışı zamanı onu tək qoymayan hər kəsə təşəkkürünü bildirib.

Heydər Əliyev Sarayının foto sərginin təşkilində məqsədi sərgilənən foto nümunələrini geniş ictimaiyyətə təqdim edərək, tanıdaraq gənc, yaradıcı və peşakar insanlara diqqət göstərmək, dəstək olmaqdır.

Sərgidə əsərlərin satışı həyata keçirilib. Əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi
 bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT" Fonduna ianə ediləcək.

Foto: İlqam Cəbiyev


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti