09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Gündəlik Bürclər - 25.11.2021

25.11.2021 - 117 - Astralogiya

25 NOYABR 2021-ci il

Qoç - Gün qeyri-standart çıxış yolları və qeyri-adi davranışa üstünlük verənlər üçün çox uğurludur.
Şəxsi həyatınızda təşəbbüs göstərin. Yaxınlarınız ideyalarınıza dəstək olacaqlar. İnsanların bir-birinə rəğbəti qarşılıqlı olacaq. Maliyyə və əmlak məsələlərinin həlli üçün münasib gündür. Qiymətli hədiyyə ala bilərsiniz.

Buğa - Çoxdan arzuladığınız bir işi həyata keçirə bilərsiniz, tərəddüd etməyin, uğur sizinlə olacaq. Şəraitin uğurlu istiqamətdə dəyişməsi çoxdankı bir ideyanızı reallaşdırmağınıza imkan verəcək.
Yeni olan hər şeyə, öyrənilməyən və tədqiq olunmayanlara marağınız artır. Qeyd etmək lazımdır ki, bu gün bir çoxları dəqiq elmlərdənsə mistikaya, ezoterikaya maraq göstərirlər. Bu gün romantik münasibətlər başlayarsa, işiniz çətindir: sonrakı dövrdə anlaşılmazlıqlar, gizlinliklər sizi hövsələdən çıxara bilər.

Əkizlər - Rəhbərliklə münaqişədən qaçın: tezliklə yüksəkvəzifəli şəxslərin dəstəyinə ehtiyacınız olacaq.
Dostlarla ünsiyyət, həmfikirlərlə görüşlər üçün münasib gündür. Yaradıcı peşənin adamlarının yeni layihələrlə bağlı gözəl ideyaları olacaq. Ancaq bu zaman adi ev işlərini unutmaq olmaz: məhz məişət məsələləri yaxınlarla ciddi fikir ayrılığına səbəb ola bilər.

Xərçəng - Mövqeyinizi qorumaq üçün qətiyyət göstərməyiniz gərək olacaq. Sərt müzakirələrə qatılan Xərçənglər daha yüksək vəzifə tutan insanlarla kəllə-kəlləyə gələcəklər. Ətrafınızda baş verən hər şeyə diqqət yetirməyiniz vacibdir: istənilən xırdalıq həlledici rol oynaya bilər.
Tanış qadınlarla münasibətlərinizin inkişafına diqqət edin: burada hər şey ilk baxışdan göründüyü kimi ahəngdar deyil. Kişilərlə dil tapmaq isə çox asandır. Cəmiyyətdə yüksək mövqe tutan bir insanla romantik münasibətləriniz yarana bilər.

Şir - Ünsiyyət üçün əla gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz. İntuitiv olaraq özünüzü necə aparmağı, söhbət üçün hansı tonu seçməyi, insanı maraqlandırmaq üçün ona nə təqdim etməyi gözəl bilirsiniz. Bir çox Şirlər insanları idarəetmə bacarıqlarını kəşf edəcək və əvvəllər bu xüsusiyyətlərinin fərqinə varmadıqlarına təəccüblənəcəklər.
Maliyyə baxımından çox uğurlu gündür. İşlərə düzgün tərəfdən yanaşmaqla gəlirlərinizi xeyli artıra bilərsiniz. Qısa səfərlər uğurlu, uzunmüddətlilər isə yorucu olacaq.

Qız - Çox uğurlu gündür. Ancaq çox şey düşəcəyiniz mühitdən asılıdır. Hər şeyi qara tonlarda görməyə adət etmiş insanlardan kənar gəzin, onların təsiri altına düşə bilərsiniz. Nikbin adamlarla ünsiyyət isə kefinizi açacaq və bu əhval uzun müddət davam edəcək.

Təşəbbüs göstərmək, istənilən xarakterli tədbirlərin təşkili üçün yaxşı gündür. Köhnə, lazımsız əşyalardan canınızı qurtarın: ətrafınızda yer açın, o zaman həyat sizə xoş sürpriz bəxş edəcək.

Tərəzi - Sizin üçün yeni, maraqlı imkanlar yaranır. Xoşbəxtlikdən, kifayət qədər təcrübəniz və özünüzə inamınız var və onlardan düzgün istifadə edərək şansınızı qaçırmırsınız. Müxtəlif xarakterli gözlənilməz təkliflər almağınız mümkündür. Bunların arasında evlilik təklifi də ola bilər. Qətiyyətli olun: nə etmək lazım olduğunu intuisiyanız sizə deyəcək.

İnsanlar arasında olmaq, ictimaiyyətin həyatında iştirak etmək zamanıdır. Maraqlı insanlarla ünsiyyət, yeni tanışlar tapmaq imkanı sizi sevindirəcək. Ekstravaqant hərəkətlərdən çəkinin.

Əqrəb - Həyatınızda dəyişikliklər istəyirsiniz? Nə durmusunuz, hərəkət edin! Təşəbbüs göstərmək, yeni layihələrə başlamaq zamanıdır. Heç bir çətinlik çəkmədən tərəfdaş tapır, nüfuzlu insanların dəstəyini qazanırsınız. Çoxdankı iş ortaqlarınız yenidən peyda olacaqlar, özü də əliboş gəlməyəcəklər, onlardan maraqlı iş təklifləri gözləyin.
İdmanla, fiziki işlə məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı və kosmetik prosedurlar çox effektlidir. Həm özünüzə, həm də yaxın adamınıza geyim və zinət əşyası ala bilərsiniz, seçiminiz doğru olacaq.

Oxatan - Bu günün hadisələri bir çox Oxatanları sevindirəcək. Yeni işə başlaya, iş yerinizi dəyişə, uzunmüddətli əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Qarşınızda açılan perspektivlər çox gözəldir: bütün imkanlardan yararlanmaq üçün azacıq cəsarət gərəkdir. Maraqlı görüşlər mümkündür.
Yaradıcı potensialınız artır. Bu gün başqalarının sizdən gözlədiyi hərəkətləri etmir və yaxşı nəticələr qazanırsınız. Hər kəs sizə heyrandır. Özünüzlə qürrələnə bilərsiniz.

Oğlaq - Çox yaxşı bir gün keçirəcəksiniz. Əgər onun daha da məhsuldar olmasını istəyirsinizsə, əvvəlcədən hərəkət planı qurun və bütün xırdalıqlarına qədər ona əməl edin. Zəifliklərinizə qapılmağınız ciddi ziyan verməsə də, uğur qazanmaq şansınızı yarıbayarı azaldacaq. Maliyyə işləri ehtiyat tələb edir, sövdələşmələr bağlamağa tələsməyin.
Yeni tanışlarınıza xasiyyətinizin parlaq tərəflərini göstərməklə onlarda xoş təəssürat yarada bilərsiniz. Ekstravaqantlığa can atmayın, yalnız əsl cəsarətli addımlarınız əla nəticələr qazanmağınıza imkan verəcək.

Dolça - Günün birinci yarısı dünyada heç nə sizin öz gücünüzə inamınızı sarsıda bilməz. Çətin işləri görməyə, mürəkkəb məsələləri həll etməyə çalışın. Bir çox Dolçaların yeni məqsədləri var. Bunlara çatmaq üçün sizə kömək edə biləcək insanlar da az deyil, üstəlik, yaxınınızdadırlar. Gün yeni ortaqla məhsuldar əməkdaşlıq vəd edir, ancaq güzəştə getməyə hazır olun: hər şey siz istəyən kimi olmur.
İctimai tədbirlərə, eyni zamanda ziyafətlərə qatıla bilərsiniz.

Balıqlar - Xasiyyətinizin ən gözəl tərəflərini nümayiş etdirmək üçün əla gündür. Cəsarət, qətiyyət, fəhm həm qarşınıza qoyduğunuz məqsədə çatmağınıza, həm də biganə qala bilmədiyiniz bir insanı valeh etməyinizə imkan verəcək. Yaşlı qohumlarınızla münasibətlərinizi yaxşılaşdıra, çoxdankı münaqişələri həll edə bilərsiniz.
Həyatınızda dəyişikliklər edə bilərsiniz. Yalnız bu zaman məqsədlərinizi və istəklərinizi dəqiqləşdirməlisiniz. Əks halda, davranışınız xaotik, nəticələri isə xoşagəlməz olacaq.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti