21:58 Azərbaycanlı musiqiçi intihar etdi  |     21:47 SON DƏQİQƏ! Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub  |     14:22 Şvartseneqqer Kaliforniyada qəzaya düşdü  |     10:53 Nazirlikdən "Omikron"la bağlı əhaliyə ÇAĞIRIŞ  |     10:23 Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti 7 gün olacaq  |     21:04 Teymur Rəcəbov Rusiyanın Xalq artistinin nəvəsi ilə evləndi - Foto  |     20:32 Adəmlə Həvvaya cahil deyən Sezen Aksuya Ərdoğandan SƏRT REAKSİYA  |     17:14 Tağıyevin heykəlini zədələyənlər Hər iki şəxs sərbəst buraxılıb  |     16:25 “Atamızı, anamızı söyürlər” – Tahir İmanov jurnalistlərə QƏZƏBLƏNDİ  |     14:20 Azərbaycanda 34 yaşlı müəllim İNTİHAR ETDİ  |     11:41 Azərbaycanda yas mərasimində polis rəisinə xəsarət yetirilib  |     10:05 “Çukur” serialında Timsah rolu ilə məşhurlaşan aktyor cinsiyyətini dəyişdi FOTOLAR  |     23:04 DİQQƏT! Polis bu oğlanla bağlı əhaliyə müraciət etdi  |     17:52 Azərbaycanlı tələbə RUSİYADA ÖLDÜRÜLDÜ  |     15:52 Tanınmış prodüser vəfat etdi  |     12:00 "Azərbaycanda "Omikron" ştamına yoluxmalar artır" - Teymur Musayev  |     09:56 Əsgərlikdən qayıdıb dünən dəm qazından ölən Süleymanın FOTOSU  |     00:07 Qanlı 20 Yanvar faciəsindən 32 İL ÖTÜR  |     23:32 “Üç həftəyə Azərbaycanda qırğın günlər başlayacaq” - Vasif İsmayıl  |     22:08 Türkiyədə son 54 ilin ən güclü qarı yağıb  |    

Azərbaycanda müəllimi sağ olduğu halda ölü kimi qeydiyyata alıblar

27.11.2021 - 39 - Maraqlı

Ağcabədidə 59 yaşlı qadın sağ olduğu halda ölü kimi qeydiyyata alınıb.


SHOWNEWS.AZ xəbər verir ki, qeyri-adi hadisə Hindarx qəsəbə sakini Minarə Əliyevanın başına gəlib.

Qəsəbənin 3 saylı orta məktəbində riyaziyyat-informatika müəllimi işləyən M.Əliyevanın sözlərinə görə, bu ilin iyul ayında ənənəvi şəxsiyyət vəsiqəsin yeni nəsil şəxsiyyət vəsiqəsi ilə dəyişdirmək üçün Ağcabədi ASAN Xidmət Mərkəzinə müraciət edib.

 
Elə bütün məsələ də bundan sonra üzə çıxıb. M.Əliyeva bununla bağlı "Xəzər xəbər"ə danışıb:

"Rayon Təhsil Şöbəsinin mühasibatlığında mənimlə müqavilə imzalanan zaman mühasib çaş-baş qaldı. Direktora müraciət edib ki, bu müəllim vəfat edib? O da cavablayıb ki, xeyr, hazırda sinifdə dərs keçir. Məlum oldu ki, Ədliyyə Nazirliyinin saytında mən ölmüş kimi qələmə verilmişəm. Qeydiyyatda ölmüş kimi gedirəm".

Müəllim bununla bağlı yenidən Ağcabədi ASAN Xidmət Mərkəzinə müraciət edib. Oradan bildirilib ki, o, guya 1972-ci ildə Kəlbəcərin yaylağında vəfat edib, Ağcabədi rayon Hindarx qəsəbəsində dəfn olunub. 

"Ağcabədi rayon Qeydiyyat şöbəsinə müraciət edərkən, arxivə baxdılar ki, orada həqiqətən də vəfat etmiş kimi göstərilmişəm, ölüm sənədim var. Soruşdum ki, bəs nə etməliyəm? Dedilər, bunu məhkəmə yolu ilə, nazirliklə həll edə bilərsiniz" - deyə M.Əliyeva açıqlamasında qeyd edib. 

Ağcabədi Qeydiyyat şöbəsindən bildirilib ki, adıçəkilən şəxs sistemdə 1972-ci ildə kənd icra nümayəndəliyinin sənədi əsasında ölü kimi qeydiyyata alınıb. O, bunun həlli üçün məhkəməyə müraciət etməlidir.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti