27.11.2021 - 150 - Maqazin
Müğənni Nərmin Kərimbəyova “Mənə zaman ver” adlı yeni mahnısını dinləyicilərinə təqdim edib.
SHOWXEBER.AZ xəbər verir ki, sənətçi, növbəti ifasına çəkdirdiyi klipi “YouTube” kanalında yerləşdirib.
Mahnının söz və musiqisi Sahiləyə, aranjımanı Clavisə məxsusdur. Klipi isə müğənni Tofiq Hacıyev ekranlaşdırıb.