14:19 Tünzalə Ağayeva ABŞ-də...  |     14:17 Aysunla Sərxan BARIŞDI  |     14:14 Sərxan Asif Kərimovdan üzr istədi  |     14:12 Şəbnəmdən sərt sözlər: “Mənim adımı çəkməyin!”  |     14:10 76 yaşlı Jerar Depardyenin cəzası məlum oldu  |     13:59 "Bəsdirin, millətin qanını içdiniz" - Nura Suri  |     20:05 "Kişi efirdə belə davranmamalıdır"  |     20:01 "Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə  |     13:56 “Kurtlar Vadisi”nin aktrisasında xərçəng aşkarlandı  |     13:54 "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"  |     13:53 "Elza bacısının yolunu kəsir"  |     13:52 "Oğlumun ölümünə cəhd etdilər, indi də nəvəmə sataşırlar“  |     13:51 Aygün Kazımovanın musiqi irsi yenidən doğulur  |     20:48 Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır  |     01:14 Tünzalə Ağayeva “ADA”da münsif oldu  |     01:09 Eyyub Yaqubov 60 illik yubileyini qeyd etdi  |     09:34 "Orxan Lökbatanlını yaxşı edib Heydər Əliyev Sarayına buraxmayıblar"  |     09:33 "Vasif, hansı səviyyədən danışırsan?" - Efirdə mübahisə  |     00:40 Tolik ata olub  |     09:37 "Bu mənim qızıl qanunumdur"  |    

“Neftçi” bu dəfə qələbə qazandı

27.11.2021 - 640 - İdman

Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

SHOWXEBER.AZ  xəbər verir ki, turun ikinci oyununda "Neftçi" klubu "Səbail" komandasını qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın qolunu 52-ci dəqiqədə Vüsal Əsgərov vurub.

"Neftçi"nin heyətində sarı vərəqə görən Mert Çelik cəzalı duruma düşüb. Dördüncü xəbərdarlığı alan müdafiəçi XIII turda "Sumqayıt"la ev matçını buraxmalı olacaq.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran hazırkı ölkə çempionu üçüncü pilləyə yüksəlib.

 "Dənizçilər" isə 9 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk oyununda "Sabah" evdə "Keşlə"ni məğlub edib - 2:1. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, "Sumqayıt" klubu “Zirə"ni, "Qəbələ" isə "Qarabağ"ı qəbul edəcək.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti