09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

2022-ci ildə hansı BÜRCLƏR VARLANACAQ?- Bu siz ola bilərsiniz

29.11.2021 - 221 - Astralogiya

Bərəkət, şans və bolluq planeti olan Yupiter 2022-ci ildə balıq bürcündə bir illik səyahətə başlayır. Bu baxımdan, bürclərin şanslı olduğu sahələr də dəyişəcək.

SHOWXEBER.AZ  2022-ci ilin hansı bürcə şans gətirəcəyi ilə bağlı yazını təqdim edir.

Qoç bürcü – 2022-ci ildə yeni istedadlarınızı kəşf edəcəksiniz. Sözügedən ili 2023-cü ilə hazırlıq dövrü kimi qiymətləndirə bilərsiniz. Bu il çox meditasiya etməli və ürək səsinizə qulaq asmalısınız. Eyni zamanda xəyallarınıza adaptasiya olmalı və kiçik addımlar atmalısınız. Sonuncu dəfə nə vaxt belə bir il yaşadığınızı anlamaq üçün 12 il geriyə dönüb baxmaq lazımdır.
 
Buğa bürcü – 2022-ci il arzularınıza doğru addım atmaq üçün düzgün zamandır. Əsla “mən xəyal qurmuram” deməyin, çünki belə uğurlu il qarşınıza 12 ildən sonra çıxacaq. İzdihama qarışmamalı və xəyallarınız üçün kiçik də olsa, addımlar atmalısınız. Həyatın sizi necə dəstəklədiyinə inanmayacaqsınız.

Əkizlər bürcü – karyeranız mövzusunda son 12 ilin ən şanslı dövrünə girirsiniz. “Yoruldum, sıxıldım, imtina edirəm” deməyin. 2022-də bu istiqamətdə nə etmək istəyirsinizsə, edin.

Xərçəng bürcü – 2022-ci ildə xaricdə yaşamaq, akademik karyera qurmaq, bol-bol səyahət etmək istəyənlər, gözlədikləri dəstəyi alacaqlar. Bu sahədə olduqca şanslı və bərəkətli olacaqlar. Kitab yazmaq, nəşriyyatla bağlı xəyalları olanlar qabaqlarına çıxan fürsətləri mütləq dəyərləndirsinlər.

Şir bürcü – 2022-ci ildə investisiyalarınızın nəticəsini görəcəksiniz. Əgər məhkəmə iddiaları varsa, onlar sona çata bilər və ya yaxşı kredit imkanları əldə etməyiniz mümkündür. Vərəsəlik kimi məsələlər gündəminizdə olacaq. Bu ildə dəyişiklikdən qorxmamalı, buna açıq olmalısınız. Sizin üçün məhsuldar il olacaq.

Qız bürcü – Evlilik mövzusunda ən şanslı olduğunuz il olacaq. 12 illik gözləntilərinizin qarşılığını görə biləcəksiniz. İşi-gücü atıb ətrafınıza yaxşıca baxmalısınız. Sərgilərə, dəvətlərə, konsertlərə getməli, sosiallaşmalı, fürsətləri əldən verməməlisiniz. 2022 evlilik ili ola bilər. Evli olan qız bürcləri isə, münasibətlərindəki bütün problemləri həll edəcəklər.

Tərəzi bürcü – 2022-ci ildə rutinlərini dəyişdirəcəklər. Bəlkə də iş yerləri dəyişə bilər. Sağlamlıqları ilə bağlı gözəl xəbərlər alacaqlar. Yeni iş fürsətləri sizi gözləyir. Öz işini qurmaq istəyən ya da iş dəyişikliyi düşünənlər bu ərəfədə hazır olmalıdırlar.

Əqrəb bürcü – 2022-ci ildə sevgi sahəsinin ən şanslı bürcü olacaqsınız. Əylənəcəyiniz, çox fərqli ortamlara girəcəyiniz il sizi gözləyir. Uzun illər boyu, 2022-ci ilin nə qədər gözəl keçdiyini xatırlayacaqsınız. Evli olanlar isə, uşaq məsələsində olduqca şanslı olacaqlar.

Oxatan bürcü – 2022-ci ilin gündəmi ev almaq, dəyişdirmək, gözəlləşdirmək olacaq. Bəziləri şəhər dəyişdirə, bəziləri isə daşınmaz əmlaka investisiya qoya bilər. Ailəvi mövzularda illərdir bitməyən problemlər həllini tapacaq.

Oğlaq bürcü – 2022-ci ildə səyahət, təhsil gündəmdə olacaq. Yeni insanlarla tanışacaqsınız. Bəziləri ticarətlə maraqlanmağa başlayacaqlar. Hətta bu mövzuda uğur əldə etmə ehtimalları yüksəkdir. Bəziləri isə nəşriyyat işinə girəcək. Ətrafınızın izdihamlı olacağı il sizi gözləyir.


Dolça bürcü – Həm maddi, həm də mənəvi baxımdan olduqca bərəkətli il olacaq. Yeni investisiyalar gözlənilir. Bu ilin dəyərini bilməlisiniz. 2022-ci il pul məsələsində ən şanslı ilinizdir.

Balıq bürcü – Yupiter bu bürcdə səyahət etdiyi üçün ən şanslılardan olacaqlar. Nəyə əl atsalar, o mövzuda bərəkət qazanacaqlar. Addım atmaqdan, istəməkdən və tələb etməkdən imtina etməyin. 2022-ci il sizin üçün aktiv keçəcək.

//qasinklubu.az


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti