13:13 Lətifə Soyuözdən illər sonra yenilik - Audio  |     22:01 Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə  |     11:18 "Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm  |     09:56 Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi  |     13:53 O pul olmasaydı, məcbur qalıb evimi, qızıllarımı satacaqdım - Xatun  |     13:50 Aygün Kazımova və Zülfiyyə Xanbabayeva bir arada - Fotolar  |     13:45 "TikTok bağlansın, oradakıların həyat tərzi tüfeylidir" - Müşfiq Abbasov  |     13:43 Röya “Sənə nə” dedi - Video  |     18:11 Xalq artisti canlı yayımda kövrəldi  |     16:40 "Ölkədə ziyalı yoxdur ki, müğənnilər ekspert olub?"  |     22:01 Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq  |     07:45 Röya Ayxan: “Bir gün Elnarə Xəlilovanın boğazından yapışacağam” - Video  |     07:42 “Ərəblər evimi pis günə qoydu, bir saat ağladım” - Nadir Qafarzadə  |     07:39 Elton Hüseynəliyev toy qiymətlərini niyə artırıb?  |     20:36 Zamiq "Oğlum" dedi - VİDEO  |     13:19 Naibə Allahverdiyevanın son durumu: Evə buraxılıb  |     13:17 Alla Puqaçovanın arıqlama sirri başqalarını məhv edir  |     10:35 Yenidən yayıma hazırlaşan “Toylar kralı” yarışmasının münsifləri bəlli oldu  |     10:32 Meryem Üzerli ilə birgecəlik şam yeməyinin qiyməti açıqlandı  |     10:26 Əməkdar artist: “Qocalığın nəyi gözəldir, sevmirəm”  |    

Gündəlik Bürclər - 02.12.2021

2.12.2021 - 231 - Astralogiya

Qoç
Düzgün təyin olunmuş məqsəd vacib istiqamətdir. Sizdən tələb olunan təhriflərin qurbanı olmamaqdır. Düşmənləriniz sizin enerji və gücünüzdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar. Özünüzə yaxşı müttəfiq seçsəniz, gün məhsuldar olar.

Buğa
Günün emosional mənzərəsi yaxşı olmayacaq. Ehtimal ki, günün ortalarında həyəcanlansınız, təşvişə düşəcəksiniz. Əslində buna elə bir ciddi səbəb də olmayacaq. Bu gün analitik bacarığınızı parlaq nümayiş etdirəcəksiniz. Dostlar sizə kömək üçün müraciət edəcək.

Əkizlər
Xoş gündür. Yaxşı ideyalar bir-birini əvəz edəcək. Onları reallaşdırmaqla isə həyatınızı yaxşılığa doğru dəyişdirəcəksiniz. Romantik səpgili xoş görüş olacağı da istisna deyil. Nikah bağlamaqla bağlı təklif alacağınız da gözlənilir. Bir sözlə, bu gün həm işdə, həm də sevgidə bəxtiniz gətirəcək.

Xərçəng
Ətrafdakılarla dil tapmaq asan olacaq. Aktual mövzuların müzakirəsi üçün bundan istifadə etmək olar. Intuisiyanız o qədər güclüdür ki, günün hadisələrinin hansı istiqamətdə inkişaf edəcəyindən xəbərdar olacaqsınız.

Şir
Yaxşı təəssürat yaratmağa can atdığınız görüşləri bu gün təyin edə bilərsiniz. Ulduzlar qarderobunuzu, yaxud da imic dəyişikliyini məsləhət görür. Bürcün nümayəndələri macəra axtarışındadırlar. Qarşınızda qeyri-adi olay baş verəcək ki, nəticədə baş gicəlləndirən imkana qovuşacaqsınız.

Qız
Daxili səsinizə qulaq assanız, işdə mühüm uğura imza ata bilərsiniz. Ehtimal ki, vəzifənizi qaldıracaqlar. Eşidəcəyiniz vacib xəbər isə şəxsi müstəvidə düzgün qərar verməyə kömək edəcək.

Tərəzi
Sizin güclü müşahidə etmək qabiliyyətiniz dadınıza çatacaq və gününüzü uğurlu edəcək. Daxili səsiniz nəyi necə etməkdə doğru yol göstərəcək. Pis vərdişlərlə, zəif cəhətlərinizlə mübarizə aparmaq üçün münasib gündür. Ətrafdakılarla diqqətli davranın, əks halda münaqişə qaçılmazdır.

Əqrəb
Nəyə can atırdınızsa, ona nail olacaqsınız. Ancaq bunun üçün bir az əziyyət çəkməli, əmək sərf etməli olacaqsınız. Bürcün bəzi nümayəndələrinin vəzifələri artacaq. Pozitiv emosiyalar almaq, günü yaxşı keçirmək üçün üsul tapacaqsınız.

Oxatan
Gün mühüm əhəmiyyət kəsb edən olaysız, sürprizsiz ötüşəcək. Xüsusi diqqət tələb etməyən işlərin reallaşdırılması, başladığınız işin tamamlanması baxımından məhsuldar gündür. Bir balaca mübahisələr yaşanma ehtimalı da var. Ətrafdakılar sizdən daha fəal olmağı tələb edəcəklər. Siz isə hələ buna hazır deyilsiniz.

Oğlaq
Bir az gözləsəniz, ideyalarınız reallaşacağını görərsiniz. Elmi yaradıcılıq baxımından məhsuldar gündür. Əhvalınız sabit qalacaq, ancaq əla demək də mümkün deyil. Yaxın ətrafınız sizi şənləndirməyə çalışacaq və bu, onlarda alınacaq.

Dolça
Gələcəyinizə təsir edə biləcək birilə vacib məsələlərin müzakirəsi məsləhət deyil. Şərikli iş layihələrində problemlə çıxacaq, siz gözlədiyiniz yardımı əldə edə bilməyəcəksiniz. Yaxın ətrafınız da sizi anlamayacaq. Xoşbəxtlikdən yumor hissinizin olması və nikbinliyiniz istənilən situasiyadan çıxmaq üçün dadınıza yetəcək.

Balıqlar
Uğursuzluqlar sizin gözləmədiyiniz məkan və zamanda izhar olur. Buna baxmayaraq siz tez təslim olmursunuz və istədiyinizə nail olursunuz. Ehtiyatlı olun, bu gün hansısa ailə sirrinizin ictimailəşmək ehtimalı da istisna deyil.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti