09:02 "Məni quyunun dibindən çıxartdın, indi isə sən…" - Xatundan Dilarəyə  |     15:54 “Onun adını çox çəkmək istəmirəm, qorxuram...” - Aygün Bəylər  |     15:41 Hacı Nuranın səhhəti yenidən pisləşdi - Almaniyaya getdi  |     15:36 Vüqar Elzayla barışmaqdan imtina etdi - Video  |     14:38 "Şəbnəm Tovuzlu bətnində körpəsi ilə intihar edəcəkdi..."  |     07:55 "Arka sokaklar" izləyicilərinə xoş xəbər  |     00:36 Müğənniyə “oxumasan, bokal gələcək” dedi, HƏBS EDİLDİ  |     00:22 “Uşağım olmasın deyə yeməyimə dərman qatmışdı“ - Mənzurə Musayeva  |     15:39 Mehriban Zəki Oqtay Əliyevin öldüyü qəza haqda danışdı: "Dilarə ilə mən..."  |     13:37 Faiq Ağayevdən 28 il sonra “Dönmə Geri”  |     12:08 “Nə qədər içi çirkinləşmiş insanlar var”  |     10:04 Aparıcı Oqtay Əliyevin dəfnində gördüklərinə qeyzləndi - “Haqqımı halal etmirəm!“  |     16:23 Vüsal Murtuzəliyev: Oqtay Əliyevlə bağlı yayılan xəbər şaiyədir  |     16:14 Mehriban Zəkinin vəziyyəti nəzarətə götürüldü  |     07:34 58 gün sonra 55 yaşında...  |     07:03 “Son vaxtlar Oqtayı yuxu aparırdı, ola bilsin maşında yatıb”  |     07:01 “Siz həmişə yanımda oldunuz” - Röyadan təsirli paylaşım  |     16:26 Teymur Əmrah Müslüm Maqomayevin onu otağından qovmasından danışdı  |     16:22 Kirkorovun Aygün Kazımovaya yazdığı şərh diqqət çəkdi  |     00:19 “Ölümündən 2 gün öncə dedi ki,…” - Tünzalənin ərindən tükürpədici açıqlama  |    

Gündəlik Bürclər - 04.12.2021

4.12.2021 - 121 - Astralogiya

Qoç
Asanlıqla qəlbləri fəth edirsiniz. Sizin yeni bağlantınız gözlədiyinizdən də güclü olacaq. Ancaq ulduzların fikrincə, sizin seçiminiz uğursuzdur, həmin şəxsə bel bağlamaq olmaz. Qohumlarla, dostlarla görüşünüzü günün ikinci yarısına təyin edin.

Buğa
Fantaziyanıza sərhəd qoymayın. Ehtimal ki, bu gün yeni ideyalarınız olacaq. Gün daha çox kommersiya ilə məşğul olmayanlar üçün uğur vəd edir. Ehtimal ki, yeni gəlir mənbəyiniz olacaq və maddi vəziyyətiniz yaxşılaşacaq.

Əkizlər
Uzaq səfərə çıxmaqdansa evdə oturmağınız məsləhətdir. Xəstələnmək və ya zədə almaq təhlükəsi daha böyükdür. Ulduzlar tövsiyə edir ki, bu gün hansı işlə məşğul olmağınızdan asılı olmayaraq, hamısında səliqəli və dəqiq olun. Köhnə mübahisələr keçmişdə qalacaq.

Xərçəng
Bu gün işlə məşğul olmayın, çünki fikrinizi toplamaqda çətinlik çəkəcəksiniz. Bir sözlə, qarşınıza qoyduğunuz işi həll etməyə gücünüz yetməyəcək. Ehtimal ki, yaxınlarınız arasında münaqişə baş verəcək, siz də bu ailə münaqişəsinə qarışmalı olacaqsınız. O üzdən də gün gərgin keçəcək.

Şir
Bu gün köhnə dostlarla, tanışlarla görüşəcəksiniz. Ehtimal ki, bu gün qarderobunuzda dəyişiklik etmək istəyəcəksiniz. O üzdən də məsrəflərə təəccüblənməyin. Bu mövzuda kənardan kömək gözləməyin. Axşamı sakit və adət etdiyiniz şəraitdə keçirin.

Qız
Həyatınızda vacib rol oynayacaq xoş xəbər eşidəcəksiniz. Həyəcan və yeniliyə olan həvəs sizi idarə edəcək. Aldığınız təkliflərə – hətta onlar işgüzar xarakter daşısa belə – ciddi yanaşmayın. Ünsiyyətdə olarkən hisslərə azadlıq verməyin, təmkinli olun.

Tərəzi
Siz bir yerdə oturmursunuz, buna aşıb-daşan enerjiniz imkan vermir. Yeni işə girişmədən öncə dostlarla və ya qohumlarla məsləhətləşin. Onların məsləhəti sizin isti başınızı soyudacaq. Gün təsadüfi əlaqələr baxımından münasib hesab edilmir.

Əqrəb
Sizi xoş təəssüratlar gözləyir. Onların bir çoxu maraqlı tanışlıq və görüşlərlə bağlı olacaq. Çoxlu məbləğdə pul xərcləyəcəyiniz də istisna edilmir. Bu üzdən də çalışın ki, sizin üçün vacib olanları alasınız.

Oxatan
Böyük qələbələrə imza atacaqsınız. Mötəbər şəxslərlə görüş sizin üçün faydalı olacaq. Gün daha çox intellektual və yaradıcı iş üçün münasibdir. Bu işlərdə sizdən yalnız diqqətinizi toplamaq tələb olunur.

Oğlaq
Maddi durumunuz yaxşılaşacaq. Bu da müxtəlif sferalarda fəaliyyətinizə müsbət təsirini göstərəcək. Ulduzlar bildirir ki, bürcün kişi nümayəndələri yeni işin qulpundan yapışmamışdan əvvəl köhnə işlərini tamamlamalıdırlar. Günün ikinci yarısında planlaşdırmadığınız alış-veriş etməyin.

Dolça
Bu gün başqa günlərdən fərqli olaraq, neqativ hallara, xoşagəlməz hadisələrə daha tez reaksiya verəcəksiniz. Bədbin fikirləri başınızdan atın. Ətrafda baş verənləri diqqətlə müşahidə edin. Bu, gələcək planlarınızı qurmaqda sizə yadımçı ola bilər.

Balıqlar
Yaxınlarınızla aranızda mübahisə düşəcək. Siz stabil əhvalınızdan həzz ala bilməyəcəksiniz. Bilinməyən səbəblərdən şən əhval-ruhiyyə kədərlə əvəz olunacaq. Səhhətinizə diqqət yetirin, xəstələnmək ehtimalı böyükdür.


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti