19:39 Telli və Zülfiyyə arasında DAVA: “Başından böyük yalan danışmısan”  |     19:36 Bəhram yenə “kəndli-şəhərli” söhbəti saldı, qalmaqal qopdu: “Qaşınır...”  |     19:31 Ağakərimin son vəziyyəti açıqlandı  |     22:19 Kibariyə ərinə haqq qazandırdı: "Xəyanət etməyən kişi yoxdur"  |     22:16 Pərvin çəkilişlərdə xəstəlik tapdı! “Əməliyyat olundum”  |     21:48 Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı  |     07:20 Jerar Depardye məhkəmə qarşısına çıxarılacaq  |     12:07 Aktyor dayanacaqlardan şikayət etdi: "Maaşımızın yarısı gedir"  |     12:06 Hüsniyyə Azərbaycandan köçdü  |     12:04 Flora Kərimova Sevinc Heydərovanı məhkəməyə verib  |     12:01 Mələkxanım Eyubovanın qızının toyundan kim küsüb gedib?  |     09:30 Rəqqasə Fatiməni məhkəməyə verdilər  |     09:24 Zeynəb Xanlarovanın yeni - Fotoları  |     16:26 Əli Mirəliyev Cavanşir Məmmədovun ölümündə onu GÜNAHLANDIRDI  |     16:24 Elnarə Abdullayeva yayılan şayiələrə aydınlıq gətirdi  |     16:22 Özümü deputatlardan güclü sayıram - Faiq Ağayev  |     16:16 Yıldız Tilbe bu dəfə dişsiz şəklini paylaşdı  |     11:54 Bahar Candanın bacısı sərbəst buraxıldı - ŞOK SƏBƏB  |     11:39 Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur  |     11:38 "Özünü sındırmırdı, amma qəm içində idi"  |    

Murad Dadaşov “Xəzər Xəbər”in aparıcısını İŞDƏN ÇIXARDı - “Hüquqlarım pozulub”

4.12.2021 - 209 - Maqazin

"Xəzər" televiziyasında mənim hüquqlarım pozulub. Buna qarşı müəyyən addımlar atacam".      

 Bu sözləri Moderator.az-a açıqlamasında "Xəzər Xəbər"in aparıcısı Nigar Mirzəyeva bildirib:
 
"Xəzər televiziyasından işdən ayrılmamışam, çıxarılmışam. 2 aydır ki, efirlərdə yoxam. Bu səbəbsiz yerədir. Bütün dönəmlərdə, istər vətən müharibəsində, istərsə də ondan əvvəlki dönəmlərdə "Xəzər xəbər"-in siması kimi hər zaman öndə olan aparıcılardan biri olmuşam. Televiziyadan səbəbsiz yerə uzaqlaşdırılmamı isə məni aldadaraq izah etmişdilər. Mən səhər təqdim edilən "Xəbər ertəsi" verilişinə çıxacaqdım. Televiziyanın rəhbəri Murad Dadaşov mənə dedi ki, sən bu verilişdə olacaqsan. Bu səbəbdən xəbərdən hazırlıqlarla bağlı müvəqqəti uzaqlaşdırıldım.



Sonra veriliş başqa aparıcıya verildi, mənə dedilər ki, siz gözləyin, başqa layihə olacaq. Mən xəbərə qaytarılmadım. Halbuki mən xəbərə qaytarılmalı idim. Televiziyada müddətli müqavilədəyəm, halbuki Murad Dadaşov gələnə kimi biz müddətsiz müqavilədə olmuşuq. 15 ilin aparıcısı kimi müddətli müqavilədə olmağım mənə gülünc gəlirdi. Amma bunu bütün əməkdaşlar imzalamışdıq. Ona görə də gözlədilər ki, mənim müqaviləmin vaxtı bitsin. Dekabrın 1-də mənim müqaviləmin vaxtı bitdi. Mühasibatlıqdan mənə deyildi ki, siz işdən çıxarılmısınız. Bir hesabla bağlı mühasiblə əlaqə saxlamalı olduqdan sonra işdən azad edildiyimi öyrəndim. Əgər işdən çıxarılmışamsa, bunu mühasibatlqdan öyrənməməli idim. 15 ilin aparıcısı, xəbər simasıyam. Bu mənə qarşı hörmətsizlik idi. Ondan 1 gün sonra hüquqşünas və insan resursları ilə əlaqə saxladım. Dedilər ki, sizə bununla bağlı xəbərdarlıq göndərmişik, amma siz o ünvanda olmamısınız. İşdən çıxarılmağım mənim üçün sürpriz oldu. Hələ də onun şokundayam. Çünki mənə demişdilər ki, get gözlə. "Xəzər" televiziyasında mənim hüquqlarım pozulub. Buna qarşı müəyyən addımlar atacam".


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti