11:28 Faiq Ağayevə SƏRT QADAĞA - tədbirlərdə yalnız yarımsaatlıq çıxış edəcək  |     10:25 Tünzalə Ağayevanın yeni görünüşü  |     14:18 Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna  |     14:14 “Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR  |     15:30 Yusif Mustafayevin ölüm xəbəri yayıldı  |     14:46 Bu gün qızının toyudur - Mediaya qapalı olacaq  |     14:43 "Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR  |     14:40 Aparıcı ilə xanəndə arasında qalmaqal  |     14:26 Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı  |     14:21 “Bir insan ki, illərdir tanıdığı insana qarğış edə...” - Müğənni  |     14:19 Aysun: Depressiya keçirirəm  |     14:17 Yaşar Yusubdan kişi həmkarlarına: “Qadın kimi…”  |     13:19 Aygün Kazımovadan daha bir diqqətçəkən yenilik  |     12:57 Cavanşir Məmmədov vəfat etdi  |     10:15 Bir millət, iki dövlət: Qardaşlıq layihəsi  |     04:27 “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA  |     21:49 Rəqsanənin mülklərinə həbs qoyulub - Borclarına görə  |     07:39 İş adamı Manaf Ağayevə ev hədiyyə edib?  |     13:17 Dilarə Brilliant Dadaşovanın məşhur mahnısını oxudu  |     12:17 Qəzaya düşən Aytənlə bağlı ilginc məlumatlar - Dünən...  |    

Modul tipli hospitalında müalicə olunan rejissor: “Hospitalda vəziyyət tamamilə fərqlidir” - FOTO

6.12.2021 - 484 - Sosial

Bir müddət əvvəl koronavirusa yoluxan və ağır vəziyyətdə olan rejissor Nicat Rzazadə hazırda ev şəraitində prosedur qaydalarına uyğun olaraq müalicə alır və səhhəti yaxşıdır.


Bu barədə “Vətənxəbər”ə rejissor özü məlumat verib. O, bildirib ki, noyabrın 7-də Zığ qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalına yerləşdirlib və oradakı həm şəraitlə bağlı danışıb, həm də təəssüratlarını bölüşüb:

“Orada təxminən 14 günə yaxın müddətdə qaldım. Hospitalda vəziyyət heç də ictimaiyyətdə bəzi şəxslərin fikirləriylə uzlaşmır. Əslində isə hospitalda tamamilə fərqli-bütün xəstələrə xüsusi olaraq yüksək səviyyədə xidmət göstərilir. Şəxsən bunun şahidi özüm olmuşam. Onu da qeyd edim ki, yaşından-başından, cəmiyyətdəki statusundan və mövqeyindən asılı olmayaraq, hər şəxs üçün eyni səviyyədə yardım göstərilir. 24 saat ərzində bioloji və fiziki tələbata uyğun nə lazımdırsa, personal tərəfindən həyata keçirilir. İçəridə bütün xəstələrə hər şeyin təmannasız xidmət olunduğunu gördüm. Bir sözlə, personal xəstələrin bütün kaprizlərinə təmkinlə yanaşırdılar və istəklərinə uyğun xidmət göstərirdilər.

Xüsusilə onu da qeyd edim ki, istifadə olunan dərmanlar isə ən bahalı və keyfiyyətli preparatlardır.

“Medistyle” klinikasının direktoru İlyas Həsənov, FHN-nin Tibb Mərkəzinin rəisi, polkovnik Kamal Əliyev, DXN-nin müdir müavini Çingiz Məmmədov, DXN Sevinc Əliyeva və onun işçi personalı, 20-ci korpus 1-ci mərtəbənin sorumlu həkimi Cavidan Həsənli, o cümlədən digər həkimlər və onların tibbi heyətinə xüsusi minnətdarlığımı bildirirəm!”

Rejissor Nicat Rzazadə 1974-cü il aprelin 11-də Bakı şəhərində dünayaya gəlib. O, bir neçə filmlərin-“ATV” telekanalında yayımlanan “Kabusun Kölgəsində” serialı, “Brat Li” kinokomediyası və başqa bu kimi yaradıcı işlərin rejissoru olub. Rejissor koronavirusa yoluxmazdan əvvəl ”Zərbə” adlı yeni serialın üzərində çalışırdı.

FUAD MƏDƏTOV


Showxeber Bizi instagramda izləyin



Xəbər xətti